Məleykə Əsədova
13 mart 2022 16:50 (UTC +04:00)

Məleykə Əsədova

“Arxada planlar qurub mərdimazarlıq etməyin” - Məleykə Əsədova

0

Xalq artisti Məleykə Əsədovanın sosial şəbəkədəki paylaşımı diqqət çəkib. O bildirib ki, istirahət günümdə həmişəki kimi qızımın dərs məşqləri, evimlə, təmizliklə məşğulam. Gün mənə çatmır:

“Allah mənə güc və sağlam can versin ki, təkbaşına bütün işlərimin, həyat problemlərimin öhdəsindən gələ bilim".

Lent.az xəbər verir ki, aktrisa yazıb ki, qadın kimi baxımlı olmağı özümə və tamaşaçılarına hörmətdən irəli gəlir:

“Əslində hər kəs öz işinin xidmətçisidir. Mən də işimlə, sənətimlə sizlərə layiqincə xidmət edirəm. Şükürlər olsun Allahıma, 33 ildir səhnədəyəm. Bu illər ərzində bir əqidədə olub, vicdanımla, vətənimə, dövlətimə, böyüklərimə, sənətimə, dostlarıma sadiq olmuşam. Bunu məni yaxından tanıyan hər kəs bilir. Həyatda nəsə itirə bilərsən, ancaq vicdanınızı, əqidənizi itirməyin, heç kimə pislik etməyin, öz işiniz xatirinə arxada planlar qurub mərdimazarçılıq etməyin, qəlb qırmayın. İnanın ki, geci, tezi var...  Allah hər bir kəsin qəlbinin hisslərinin əvəzini verəcək. Hər kəs danışığı, yürütdüyü fikirlərlə, yazdığı komentlərlə öz beyninin düşüncələrinin, xarakterini, mədəniyyətini büruzə verir. İnsan adlanan varlıq ilk növbədə özünə hörmət etməlidir".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3122

Oxşar yazılar