Aygün yenidən onunla bir araya gəldi - VİDEO
06 may 2022 11:11 (UTC +04:00)

Aygün yenidən onunla bir araya gəldi - VİDEO

Xalq artisti Aygün Kazımova və müğənni Rauf 4 cü işbirlikləri olan “Saxla şəkilləri” mahnısını musiqi platformalarında təqdim ediblər.

Lent.az xəbər verir ki, mahnının söz və musiqisi İlkin Hüseynova məxsusdur.  

Kazımova bu layihəsi üçün Raufla bərabər kamera önünə keçərək, yeni fotosessiya da etdirib.

Fotoların müəllifi Vüsal Adıgözəlovdur.

Qeyd edək ki, Aygün Kazımova və Rauf bundan öncə “Yaraşdın mənə”, “Aya” və “Bizdən danışaq” adlı duetlər ərsəyə gətiriblər.
 

# 2820
avatar

Yalçın UĞUR

Oxşar yazılar