“Ayla” filminin baş qəhrəmanı illər sonra tanınmaz halda
09 fevral 2024 12:03 (UTC +04:00)

“Ayla” filminin baş qəhrəmanı illər sonra tanınmaz halda

Türkiyə istehsalı olan “Ayla” filmi  illər öncə təqdim olunarkən tamaşaçıları heyran edən hekayəsi ilə böyük rəğbət qazandı və yenə sevilərək izlənilir. 

Lent.az-ın xəbərinə görə, filmdə Ayla obrazını canlandıran Cənubi Koreyalı uşaq aktrisa Kim Seol filmdəki təsirli ifası ilə yadda qaldı. Balaca Ayla rolunun ifaçısı Kim Seolun böyük dəyişməsi görənləri heyrətə salıb.

İndi 13 yaşı olan Kim sosial şəbəkədə fotosunu paylaşıb. Onun inanılmaz dərəcədə dəyişilməsi sevənlərini heyrətləndirib.

Qeyd edək ki, filmin ssenarisi 1950-ci ildə baş vermiş hadisələrdən bəhs edir. Şimali Koreya Cənubi Koreyaya hücum edərkən Birləşmiş Millətlər Təşkilatının yardım çağırışı nəticəsində Türkiyə Koreyaya bir briqada göndərdi. Hər şey göndərilən briqadadakı əsgərlərdən Süleymanın gecə saatlarında valideynləri döyüş meydanında həlak olan kiçik bir qızı tapması ilə başlayır.

# 4353
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar