Bahar həmkarına QARĞIŞ ETDİ
24 aprel 2024 15:49 (UTC +04:00)

Bahar həmkarına QARĞIŞ ETDİ

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam. İki il əvvəl ağır xəstələnmişdim. Bununla bağlı çox doğma olan bir insana ağız açdım və maddi köməklik istədim. Mənə 5000 manat lazım idi. Zaman gələcək, onun adını açıqlayacağam. Vermədi. Sonra eşitdim haqqımda deyib ki, tülkülük edir ki, məndən pul alsın”.
 
Lent.az-ın xəbərinə görə, bu sözləri müğənni Bahar Lətifqızı  qatıldığı teleproqramda səsləndirib.

“Beh almışdım.a mma xəstələndiyim üçün gedə bilmirdim. Toy Qazaxıstanda idi. Toy sahibinə vəziyyəti izah etdim.  Toy sahibi dedi ki, sənin toya gəlib bir mahnını fonoqramla oxumağın yetərlidir. Yetər ki, gəl.
O pul istədiyim insana etibarım var idi ki... O dünyada da onu bağışlamayacağam. Mənim çəkdiyimi Allah ona beş qatını çəkdirsin. Çünki o qədər məni yandırdı. Bundan sonra ona bir içim su istəsə, vermərəm! Çətin məqamda o etibar etdiyin insan yarıda qoydu”,- deyə o bildirib.

# 3120
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar