Beyazıt Öztürk bu kanalda ekranlara QAYIDIR
21 iyun 2023 11:56 (UTC +04:00)

Beyazıt Öztürk bu kanalda ekranlara QAYIDIR

0

Məşhur şoumen Beyazıt Öztürk "Beyaz Show"nun yay aylarında yenidən yayımlanacağını və eyni zamanda yarışma proqramı ilə ekranlara dönəcəyini açıqlayıb.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, daha əvvəl “O Səs Türkiyə”nin münsiflər heyətində olan Beyazıt Öztürk TV8 ilə razılaşıb.

Öztürk daha əvvəl birlikdə çalışdığı Acun Ilıcalı ilə anlaşıb və TV8 ekranlarında həm "Beyaz Show", həm də illər əvvəl yayımlanan "Passaparola" verilişini təqdim edəcək. 

Məlumata görə, ekranların məşhur proqramı olan Beyaz Şou 7-8 bölüm olaraq planlaşdırılırdı. Öztürk bir dövrə damğasını vuran "Passaparola" yarışmasını da yenidən ekrana çıxaracaq. Məşhur adla təqdim olunacaq Passaparola yarışması "MasterChef Turkey All Star"ın yeni bölümü öncəsi hər gün tamaşaçıların qarşısına çıxacaq.

Qeyd eedək ki, ekranların ən məşhur yarışması olan Passaparola 2002-2004-cü illərdə Metin Uca, 2004-2005-ci illərdə Mesut Yar və M. Ali Erbil, 2010-2011-ci illərdə isə Metin Uca tərəfindən təqdim olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2763

Oxşar yazılar