Brinti Spirsdən  atası ilə bağlı ŞOK İDDİA:   "Öldürmək istəyirdi"
19 oktyabr 2022 14:01 (UTC +04:00)

Brinti Spirsdən atası ilə bağlı ŞOK İDDİA: "Öldürmək istəyirdi"

Amerikanın məşhur müğənnisi Britni Spirs 13 il himayəsində olduğu atası, Ceymi Spirsə qarşı yenidən ittihamlar səsləndirib.

Lent.az xəbər verir ki, ittihamları diqqət çəkən ifaçı bildirib ki, tam sağlam olmasına baxmayaraq, valideyni onu məcburi müalicəyə məcbur edib:

“Mənim üçün bütün bunların - təcrid, tibb bacıları, qan boruları və başqa şeylərin mənası yox idi. Bunlar doğru deyildi, yəni sağlam idim".

Müğənni qəyyumluğunun 13 ilini “manipulyativ zorakılıq” adlandırıb, həmçinin Ceymi Spirsi onu öldürməyə cəhddə ittiham edib:

"Həqiqətən, atamın məni öldürməyə çalışdığını hiss etdim. Ümid edirəm ki, cəhənnəmdə yanacaq”.

Qeyd edək ki, Britni Spirsin 2 oğlu var. O, bu ilin iyun ayında Sem Asqari ilə evlənib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2682

Oxşar yazılar