Britninin evinə polislər GƏLDİ
26 yanvar 2023 18:24 (UTC +04:00)

Britninin evinə polislər GƏLDİ

Dünya ulduzu Britni Spirsin evinə polis çağırılıb.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, məlumatlara görə, müğənnidən narahat olan pərəstişkarları müğənninin evinə polis çağırıb.

Hüquq-mühafizə orqanlarından mediaya verilən məlumata əsasən, növbətçi hissəyə çoxsaylı zənglər gəlməyə başlayıb. 

Bundan sonra Spirsin evinə baxış keçirilib və onun vəziyyətinin normal olduğu müəyyən edilib. 

Qeyd edək ki, izləyicilər Britni Spirsin "Instagram" hesabını tez-tez sildiyini və çoxlu qalmaqallar yaşadığını da deyiblər.

# 2184
avatar

Nigar Namiq

Oxşar yazılar