Canana yenidən Mətanət İskəndərli ilə bir araya gəldi
20 iyun 2024 19:16 (UTC +04:00)

Canana yenidən Mətanət İskəndərli ilə bir araya gəldi


Əməkdar artist Mətanət İsgəndərlinin qalmaqal yaşadığı keçmiş gəlini Canana (Aynur Vaqifqızı) yenidən keçmiş ailəsi ilə bir araya gəlib.

Lent.az-ın xəbərinə görə, Canana oğlu Tuncayın 15 yaşı münasibəti ilə keçirilən doğum günü məclisində iştirak edib. O, çəkilən fotoları öz sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.

Görüntülərdə onun keçmiş qayınanası Mətanət İsgəndərli də yer alıb.

M.İsgəndərlinin oğlu Kərim və keçmiş gəlini Canana 2021-ci ilin oktyabr ayında rəsmi olaraq boşanıblar. Onların üç övladı  var. Canana  Apelyasiya Məhkəməsinə müraciət edərək övladlarının qəyyumluğunu ataları Kərimdən alıb. Uşaqlar hazırda M.İsgəndərli ilə birlikdə yaşayır. Kərim isə ikinci dəfə ailə qurub və bir övladı var.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4956
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar