Dilan və Engin Polatların QALMAQALLI  yeni VİDEOSU
13 noyabr 2023 17:31 (UTC +04:00)

Dilan və Engin Polatların QALMAQALLI yeni VİDEOSU

Sosial media fenomeni Dilan Polat və Engin Polatın bir neçə müddət əvvəl Çekmeköydə ad günü məclisində qonşuları ilə yaşadıqları park davasının yeni görüntüləri ortaya çıxıb. 

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, Engin Polatın qonşusunun üzünə yumruq vurduğu anlar saniyə-saniyə lentə alınıb.

Əldə edilən məlumata görə, Dilan Polat iyunun 6-da axşam saatlarında Çekmeköydəki villalarında Engin Polata sürpriz ad günü partisi təşkil edib. Onun bacısı Sıla Doğu avtomobilini burada saxlayıb. Bir neçə saat sonra o, avtoparka görə, qonşuları ilə arasında mübahisə yaşayıb.

Belə ki, qonşu arvadı və 6 yaşlı qızı ilə birlikdə ad günü yeməyinə çıxıblar. Axşam saatlarında evə qayıdanda onların evinə gedən yolda boş yer olmadığını və hər yerin maşınla dolu olduğunu görüblər. Qonşu maşınını boş tapdığı yerdə saxlayaraq evə yollanıb. 

Polatın ad gününə gələn qonaqlardan birinin uşağı xəstələnərək onu xəstəxanaya aparmaq istədikdə Sıla Doğu maşınının arxasında həmin qonşunun maşınının olduğunu görüb. Əldə olunan məlumata görə, Dilan Polat qonşusunu təhqir edib. Engin Polat araya girərək tərəfləri sakitləşdirmək istəyib, lakin Dilan Polat susmayıb.

Ətrafdakılar onu saxlamağa çalışsalar da, Dilan Polat qonşusunu təpikləyib. Engin Polat qonşusunu yumruqla sol gözünə xəsarət yetirib.

Hadisə təhlükəsizlik kameraları vasitəsilə qeydə alınıb.

Xatırladaq ki, məşhur cütlük çirkli pulların yuyulması, Vergi Qanununun pozulması, qanunsuz mərc və şans oyunlarında iştirakda ittiham olunurlar.

Qeyd edək ki, kişi və qadın gözəllik salonları zənciri olan Dilan Polat instagram və tik-tokda dəbdəbəli həyatını sərgiləmək, bahalı maşınlar və ad günləri keçirtməklə gündəmə gəlib. Onun davranışları sosial mediada daim müzakirə və tənqid olunub.

# 4458
avatar

Arzu Qurbanlı

Oxşar yazılar