48 yaşlı Hollivud ulduzu Ancelina Coli Nyu-Yorkda kameralara yaxalanıb.
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, onun yeni imici diqqət çəkib.
Şokolad rəngli saçlarını sarımtıl rəngə boyayan aktrisanın yeni imici bəyənilməyib. Sosial şəbəkələrdə onun saç rəngi tənqid olunub.
Aktrisanın bu saç rəngi ilə qoca göründüyü bildirilib.