Kərimdən Xalq artistinə SƏRT SÖZLƏR – Sənət yoldaşlarını  alçaldır
23 noyabr 2023 16:05 (UTC +04:00)

Kərimdən Xalq artistinə SƏRT SÖZLƏR – Sənət yoldaşlarını alçaldır

Müğənni Kərim Abbasov küsülü olduğu həmkarı Xalq artisti Tünzalə Ağayevanın haqqında şok fikirlər səsləndirib.

Lent.az-ın xəbərinə görə, o, proqramlardan birində Tünzalə Ağayevanın düzgün oxumadığını, öz sənət yoldaşlarını alçatdığını deyib.

“Həmkarını efirdə dəfələrlə alçaldırsa, “ara oxuyanlar”, “qıjı müğənnilər”, “gəlsinlər yanıma onlara dərs keçim, məktəb öyrədim” deyirsə, mən də deyirəm ki, belə öyrətmək istəyirsənsə, get sıfırdan bir ifaçını yetişdir, elə onu öz məktəbin.

Eləmisənmi? Xeyr. Amma çıxırsan efirlərdə Türkan Vəlizadəni və digər həmkarlarını vurursan. Onlar susurlar. Xoşaqəlməz sözləri onlara deməklə sənin qoltuğun “şişir”, bir az da vurursan. Amma mən bunlara susa, göz yuma bilmirəm. Deyirəm ki, bir dəqiqə dayan, çox irəli getdin!

Tünzalənin səsi gələn radionu dəyişirəm. Ola bilər ki, bəzi müğənnilər özfəaliyyətdir, onlar belə səhvlər edə bilərlər. Amma siz axı vokal müəllimlərindən dərs almısınız. Necə bu səhvləri edirsiniz?

Bacardığınız qədər hər kəsi alçaltmağı sevirsiniz. Bir az özünüzdən zəif müğənni görəndə onu alçaldırsınız. Mahnı yaddan çıxıb, gündəmdə paltarları ilədir. Sizin həmkarlarınıza qarşı aqressiyanız həddən artıq çoxdur. Bir az azaldın aqressiyanızı. Filankəs müğənni mənim səviyyəm deyil kimi söhbətlər etməyin!”, -  o bildirib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 10755
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar

61 yaşlı Xalq artistinə 40 yaşlı qayınanasını yaraşdırdılar

61 yaşlı Xalq artistinə 40 yaşlı qayınanasını yaraşdırdılar

26 iyul 2024 , 18:15
Xatirə İslamın tətil kefi

Xatirə İslamın tətil kefi

26 iyul 2024 , 17:10
Xərçəngə  tutulduğu deyilən müğənnidən AÇIQLAMA

Xərçəngə tutulduğu deyilən müğənnidən AÇIQLAMA

26 iyul 2024 , 16:31
Polisə düşən məşhurlarımız - SİYAHI

Polisə düşən məşhurlarımız - SİYAHI

26 iyul 2024 , 15:00
Dünyanın ən ideal gözəli  o hesab olundu

Dünyanın ən ideal gözəli o hesab olundu

26 iyul 2024 , 13:55
“Aktyorluqda tabu olmamalıdır” - Burcu Özberk

“Aktyorluqda tabu olmamalıdır” - Burcu Özberk

26 iyul 2024 , 13:16
Şeron Stoun  Türkiyəyə gəlir

Şeron Stoun Türkiyəyə gəlir

26 iyul 2024 , 11:32
Milyonçu bloger Hüseyn Bakıya köçüb  - Gəlin namizədlər tapıb

Milyonçu bloger Hüseyn Bakıya köçüb - Gəlin namizədlər tapıb

25 iyul 2024 , 19:07