Məşhur müğənni ABŞ-da xəstəxanaya yerləşdirildi
08 yanvar 2022 19:52 (UTC +04:00)

Məşhur müğənni ABŞ-da xəstəxanaya yerləşdirildi

Rusiyalı məşhur müğənni Avraam Russo Amerikadakı xəstəxanaların birinə yerləşdirilib. 

Lent.az-ın Rusiya mətbuatına istinadən məlumatına görə, ifaçı yenidən əməliyyat olunacaq. 

Buna səbəb bir vaxtlar üzləşdiyi sui-qəsddir. Belə ki, 15 il əvvəl naməlum şəxslər müğənninin maşına hücum etmişdilər. O vaxtdan bəri sənətçi bir çox əməliyyat keçirsə də, travma hələ də özünü hiss etdirir. 

Russonun yaxın dostu mətbuata açıqlamasında "Abraam Russonun bud hissəsinə 15 il əvvəl dəmir yerləşdirilib. Bu isə illərdir onun qan dövranının pozulmasına səbəb olub. İndi əməliyyatla damar açılacaq və qan dövranının yenidən bərpa olunması üçün çalışılacaq" - deyə bildirib. 


 

# 2799
avatar

Oxşar yazılar