Məşhur müğənniyə  TƏHDİD:   “Əxlaq yoxsulu...”
04 oktyabr 2022 16:36 (UTC +04:00)

Məşhur müğənniyə TƏHDİD: “Əxlaq yoxsulu...”

Türkiyənin sevilən müğənnisi Haluk Levent şok olayla üzləşib.

Lent.az xəbər verir ki, onun yaratdığı “AHBAP” xeyriyyə cəmiyyətinin “Twitter” hesabı oğurlanıb. Hakkerlər hesabı geri vermək üçün Halukdan 25 min türk lirəsi (2300 manat) istəyirlər.

 İfaçı sosial şəbəkə hesabında paylaşım edərək, hadisəyə belə reaksiya verib:

“Vay, a dost! Sonunda bu da oldu. “AHBAP” səhifəmiz oğurlandı. Bir insan bu səhifəni necə oğurlayar? Niyə? Bir də tvit atıb telefon nömrəsi yazırlar. Bu səhifəyə etibar etməyək və bu səhifəni şikayət edək. Sonra biz sıfırdan təkrar açarıq.

Necə qansız, necə əxlaq və vicdan yoxsulu insanların dövrünə rast gəlmişik. Xəstə ailələrə atdıqları telefon nömrələrindən biz – Ahbaplara göndərdikləri mesaja baxın. Həqiqətən, ehtiyac sahibi olsa, mən verərəm pulunu, amma bunlar bir qruplaşmadır”.

“Twitter” platformasının məsul şəxslərinə çağırış üçün Haluk Levent paylaşım edib:

“Sevgili “Twitter” məsul şəxsləri. Hakkerlər yardım səhifəmizi oğurlayıblar.  Biz - Ahbaplardan 25 min lirə istəyirlər səhifəni geri almaq üçün. Xəstə uşaqların ailələrinə yazırlar. Bu səhifəni bağlayardınız, zəhmət olmasa”.

Qeyd edək ki, müğənni Haluk Levent dəfələrlə verdiyi konsertlərin pulunu ehtiyacı olanlara ianə edib.


 

# 3384
avatar

Nigar Namiq

Oxşar yazılar