Məşhurların  sirr kimi   saxladıqları AYIBLARI
27 sentyabr 2023 10:30 (UTC +04:00)

Məşhurların sirr kimi saxladıqları AYIBLARI

Hamının heyran olduğu, pərəstiş etdiyi ulduzların da qüsurları, hamıdan gizləməyə çalışdıqları ayıbları var. 

Lent.az  Hollivud ulduzlarının unutmağa çalışdığı o qaranlıq keçmişi, ayıblarını təqdim edir.

Əksər filmlərində ölümsüz döyüşçünü, dəmir əsgəri oynayan Arnold Şvarseneqqer əslində çox nadinc əsgər olub. O, hərbi xidmətə Avstriyada, məcbur olduğu üçün gedib. Sürdüyü tankı bir neçə dəfə aşıran, suda batıran, qıran və nəhayət itirən  “Dəmir Arni” digər sarsaq hərəkətlərinə görə də tribunala verilib. Lakin hansı səbəblərdənsə sıravi Arnold əfv olunub və təcili şəkildə təxris edilib. Həqiqi orduda işi yarıtmayan Arni Hollivudun nümunəvi  və qəhrəman “əsgərinə” çevrilib.

Hoakin Feniks gəncliyində şəhərlər gəzərək hamını öz yaratdığı dini cərəyana qoşulmağa israrla dəvət edib. Onu bəzən dəli hesab edirdilər. O indi bu barədə susmağa üstünlük verir

Dryu Berrimor xaç atası Stiven Spilberqin köməyi ilə 7 yaşından Hollivudun ulduzuan çevrilib. Lakin 12 yaşında narkotik istifadə etməyə başlayan Dryu 14 yaşında narkotik dispanserə, daha sonra psixiatrik xəstxanaya yatırılıb.

Silvestr Stallone Rembo, Rokki, Kobra, Hakim Dredd rollarına çəkilməzdən öncə pul qazanmaq üçün porno filmlərdə rol alıb. Ən məşhur pornofilmi isə “İtalyan ayğırı”dır.

Conni Deppin soyadı alman dilində “axmaq “ mənasını verir. Buna görə, o, almanlara müsahibə verməyi sevmir. Hərçənd özünün ağıllı olduğunu israr etməyən Conni orta məktəb təhsili almayıb. Buna səbəb məktəbdə oxuyarkən hamının gözü önündə partanın üstünə dırmaşıb, şalvarını aşağı çəkərək, müəllimə cinsi orqanını göstərməsi olub. Aktyor bunu xatırlamağa utanır.

Eddi Mörfi 5 qadından 9 uşaq atasıdır və bu barədə danışmağı sevmir. Uşaqlarının bəzilərini qəbul etmək istəməyən aktyor DNT testi nəticəsində atalığını qəbul etməyə məcbur qalıb.
 

# 4182
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar

Məşhur aktrisa  boşandı

Məşhur aktrisa boşandı

7 dekabr 2023 , 19:50
Populyar müğənnidən gözlənilməz  romantik   MƏSLƏHƏTLƏR -  VİDEO

Populyar müğənnidən gözlənilməz romantik MƏSLƏHƏTLƏR - VİDEO

7 dekabr 2023 , 18:55
Məşhur aktyor 5 ayda 22 kilo ARIQLADI: SƏBƏB

Məşhur aktyor 5 ayda 22 kilo ARIQLADI: SƏBƏB

7 dekabr 2023 , 14:51
Məşhur müğənni sərxoş balerinanı kameralar önündə pərt etdi

Məşhur müğənni sərxoş balerinanı kameralar önündə pərt etdi

7 dekabr 2023 , 13:16
Namiq Qaraçuxurlu zəlzələ ilə zarafat etdi

Namiq Qaraçuxurlu zəlzələ ilə zarafat etdi

7 dekabr 2023 , 12:55
Məşhur aktrisa özünə nağıl kimi toy etdi

Məşhur aktrisa özünə nağıl kimi toy etdi

7 dekabr 2023 , 11:52
Məşhur qrupdan  vida konserti

Məşhur qrupdan vida konserti

6 dekabr 2023 , 17:38
Kilo almış 7 top model  - Onlar bundan utanmırlar

Kilo almış 7 top model - Onlar bundan utanmırlar

6 dekabr 2023 , 14:08