"Pop diva"  illər sonra bunu EDƏCƏK
26 dekabr 2022 15:05 (UTC +04:00)

"Pop diva" illər sonra bunu EDƏCƏK

Dünya şöhrətli müğənni Beyons dörd ildən sonra tamaşaçı qarşısına çıxacaq.

Lent.az xəbər verir ki, bir müddət əvvəl yeni albom təqdim edən ifaçının Dubayda konsert verməyə də hazırlaşdığı məlum olub.

Beyons yanvarın 21-i Dubayda "Atlantis The Palm" otelində keçiriləcək tədbirdə çıxış edəcək. Bu, "pop diva"nın 2018-ci ilin dekabrında Yohannesburqda keçirilən "Global Citizen Festival"ında çıxışından sonra ilk canlı şousu olacaq.

Qeyd edək ki, Beyons 2023-cü il üçün "Grammy" mükafatına bir neçə nominasiya üzrə namizəddir.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2428

Oxşar yazılar