Reper yorğunluqdan   səhnədə öldü
10 may 2024 18:34 (UTC +04:00)

Reper yorğunluqdan səhnədə öldü

Cənubi afrikalı reper Kosta Tiç yorğunluqdan səhnədə dünyasını dəyişib.

Lent.az xarici mediaya istinadla bildirir ki, bu barədə onun rəsmi İnstaqram hesabında məlumat verilib.

Sənətçinin komandası və ailəsi onun ölüm səbəbini müəyyən etmək üçün patoloqlara üz tutub. Məlum olub ki, 27 yaşlı musiqiçinin ürəyində onun bilmədiyi ciddi stress olub və yorğunluq vəziyyəti daha da gərginləşdirib.

Ehtimal olunur ki, yorğunluq onun həyatına son qoyan qeyri-müntəzəm ürək döyüntüsünə səbəb olub.

Kosta Tiçin əsl adı Kostantinos Tsobanoqloudur.

# 2640
avatar

Oxşar yazılar