Fatimənin məşhurlarla birgə layihəsinin təqdimat vaxtı açıqlandı
19 mart 2014 12:41 (UTC +04:00)

Fatimənin məşhurlarla birgə layihəsinin təqdimat vaxtı açıqlandı

Azərbaycanın tanınmış rəqqasəsi Fatimə Fataliyeva məşhurlarla birgə həyata keçirdiyi layihəsinə təqdimat edir. Bu barədə Lent.az-a rəqqasənin prodüseri Aysel Məhəmməd məlumat verib. O bildirib ki, Fatimə məşhurlarla birgə layihəsini aprelin 3-də təqdim edəcək: “Nəhayət, aylar öncə məşqlərinə başladığımız klipi mediaya təqdim etməyə hazırlaşırıq. Təqdimatda layihədə yer alacaq tanınmışlarla yanaşı, Azərbaycan şou-biznesinin digər simaları da yer alacaq. Məhz həmin gün Fatimə xanımın doğum günüdür. Gecədə bir çox sürpriz dolu məqamlar olacaq. Amma onları söyləsəm, bu, sürpriz olmayacaq. Gəlin, aprelin 3-ünü gözləyək”.

 

 

Qeyd edək ki, əsas rolları rəqqasə Fatimə ilə müğənni Ramal İsrafilovun canlandıracağı proyektdə Mətanət İsgəndərli, Nadir Qafarzadə, Nanə Ağamalıyeva, Roza Zərgərli, Rəfael-Coşğun, Günay İbrahimli, Xəyyam Nisanov, Namiq Qaraçuxurlu, Emil Bədəlov, Aşıq Samirə, Nüşabə Ələsgərli və başqaları rol alıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1071

Oxşar yazılar