Leyli və Hakanın toyunun vaxtı bəlli oldu
22 mart 2014 12:12 (UTC +04:00)

Leyli və Hakanın toyunun vaxtı bəlli oldu

Şairə Leyli İsrafilova (Erol) və Türkiyəli bəstəkar Hakan Erolun ailə quracağı gün müəyyənləşib. Lent.az xəbər verir ki, uzun müddətdir ki, birlikdə olan cütlüyün toyu aprelin 7-də paytaxt restoranlarının birində keçiriləcək. Hətta Leyli bu barədə “İnstagram” səhifəsində də toyun dəvətnamələrinin  şəkillərini paylaşıb: “Allah hamıya qismət etsin. Sabahdan dəvətnamələrin paylanmasına star verirəm”.

 

Xatırladaq ki, cütlüyün nişanı yanvarın 9-da olub.

 

Qeyd edək ki, L.Erol və H.Erol Aygün Kazımova “Səndən adam olmayacaq”, Zülfiyyə Xanbabayeva “İlk baxışdan”, Abbas Bağırov “Sənsiz olmaz”, Səidə Sultan “Məni dəli et”, Əkbər “Yanımdan ayrılma”, Ceyla “Unuduram” kimi bir çox mahnıların müəllifləri kimi tanınırlar.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3474

Oxşar yazılar