Sibel Can Bakıya niyə gəlib?
30 may 2014 17:34 (UTC +04:00)

Sibel Can Bakıya niyə gəlib?

Türkiyəli müğənni Nadir və Röya ilə eyni səhnəni bölüşəcək 

 

 

Türkiyənin tanınmış müğənnisi Sibel Can bu gün Bakıya gəlib. Lent.az-ın məlumatına görə, türkiyəli məşhurun Azərbaycana gəlməsinə səbəb, sabah Şamaxıda yeni fəaliyyətə başlayan otelin açılış mərasimidir.

 

 

Konsertdə çıxış edəcək müğənni N.Qafarzadə Lent.az-a bildirib ki, Şamaxıda keçiriləcək konsert təklifini xeyli müddət öncə alıb: “Bu gün və sabah Şamaxıda otelin açılış mərasimi keçiriləcək. Həmin konsertdə mənimlə eyni səhnəni  Türkiyədən Sibel Can və Dilək Şimşək, Azərbaycandan  Röya və rəqqasə Oksana Rəsulova bölüşəcək. Yaxşı bir konsert olacağına inanıram”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2771

Oxşar yazılar