Zəlzələdən zərər çəkənlər üçün konsert verərək pul toplayan SƏNƏTÇİLƏR
02 mart 2023 11:16 (UTC +04:00)

Zəlzələdən zərər çəkənlər üçün konsert verərək pul toplayan SƏNƏTÇİLƏR

Türkiyədə baş verən dəhşətli zəlzələdən sonra əl-ələ verib zərər çəkən insanlara yardım edən türkiyəli məşhurlar dəstəyə davam üçün səhnəyə çıxırlar.

Lent.az xəbər verir ki, bəzi sənətçilər çıxışlardan qazandıqları pulları zəlzələdən zərər çəkənlərə bağışlamaq fikrindədirlər. 

Məşhur müğənni Sibel can martın 8-i Bakıda baş tutacaq konsertindən yığılacaq pulları "AFAD"-a bağışlayacaq. O, "Azərbaycan xalqına bu müddət ərzində göstərdiyi dəstəyə görə təşəkkür edirəm. Üzüntümüz çarəsizliyə çevrilməməsi üçün həmrəyliyə ehtiyacımız var", - deyə, paylaşım edib.

Müğənni Hadise təqdim etdiyi və Belçikada bir neçə ifaçı ilə səsləndirdiyi “People Help the People” adlı yeni mahnısından qazandığı gəlirləri Suriya və Türkiyədə zəlzələdən əziyyət çəkən insanlara xərcləyək.

Tanınmış ifaçı Ogün Şanlısoy 4 martda Çanakkaledə səhnədə olacaq. Konsertin gəlirləri ODTÜ Məzunlar Dərnəyi və Darüşşafaka Vəqfinə bağışlanacaq. O gün deyib ki, pullar uşaqların təhsilinə xərclənəcək. 

Müğənni Elif Buse Doğan isə sabah Hollandiyanın Amsterdam şəhərində konsert proqramı ilə çıxış edəcək. Konsertin gəlirləri zəlzələdən zərər çəkənlərə xərcləniləcək.

Bundan başqa, martın 30-u Türkiyədə məkanların birində "Həmrəylik Səhnəsi" adı altında böyük konsert proqramı baş tutacaq. Konsertdə "Duman", "Adamlar", "Athena", "Büyük Ev Ablukada", "Mor ve ötesi" və s. kimi rok qrupları, repçilər Ceza, Gazapizm, müğənnilər Can Bonomo, Deniz Tekin, Kenan Doğulu, Sertab Erener, Şevval Sam və başqa məşhur ifaçılar yer alacaq.

# 1332
avatar

Nigar Namiq

Oxşar yazılar

Çimərlik geyimində foto paylaşmayacam - Ərim narahatdır

Çimərlik geyimində foto paylaşmayacam - Ərim narahatdır

2 iyun 2023 , 22:15
“O ağır intiqam aldı,  üzümüzə tüpürdü”   - Uğur Aslan

“O ağır intiqam aldı, üzümüzə tüpürdü” - Uğur Aslan

2 iyun 2023 , 20:00
Onu  uşaq bilib   zorla...

Onu uşaq bilib zorla...

2 iyun 2023 , 18:52
Hollivud ulduzuna saxtakar və ikiüzlü dedilər –  Görün nəyə görə

Hollivud ulduzuna saxtakar və ikiüzlü dedilər – Görün nəyə görə

2 iyun 2023 , 18:10
Beyonsu  qum saatına   bənzətdilər 

Beyonsu qum saatına bənzətdilər 

2 iyun 2023 , 17:27
İki ulduz birlikdə  yaxalandı

İki ulduz birlikdə yaxalandı

2 iyun 2023 , 16:32
Məşhur müğənni restorandan qorxub qaçdı

Məşhur müğənni restorandan qorxub qaçdı

2 iyun 2023 , 15:46
Tanınmış aktrisa  yeni imici ilə   çox bəyənildi

Tanınmış aktrisa yeni imici ilə çox bəyənildi

2 iyun 2023 , 14:52