Zemfira yazıçıdan 1,5 milyon istəyir - SƏBƏB
19 iyun 2021 19:32 (UTC +04:00)

Zemfira yazıçıdan 1,5 milyon istəyir - SƏBƏB

0

 

Müğənni Zemfira yazıçı Yevgeni Qrişkovsovu məhkəməyə verib.

Lent.az axşam.az-a istinadən xəbər verir ki, buna səbəb yazıçının qatıldığı bir proqramda ifaçı haqda dedikləri olub.

54 yaşlı Yevgeni "Bi Koz" verilişində müğənninin "Бордерлайн" albomundan bəhs edib. "İnsan özünə hər şey etməyə icazə verəndə qərar qəbul edir: özümə qadağa olmadan hər şey edə bilərəm. Bütün narkotik aludəçilərinin eqoistliyini göstərib. O, narkotik maddə aludəçisidir və mahnıları da buna aiddir" deyə, yazıçı söyləyib.

Bu sözlərdən sonra Zemfira məhkəməyə müraciət edib və yazıçıdan 1,5 milyon rubl təzminat tələb edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 4043

Oxşar yazılar