Albalı kimlərə zərərlidir - CAVAB
21 may 2025 11:52 (UTC +04:00)

Albalı kimlərə zərərlidir - CAVAB

Albalının tərkibində meyvəvi orqanik turşular var. Ümumilikdə bu maddələr orqanizm üçün faydalıdır, lakin bəzi hallarda zərərli ola bilər.

Lent.az bu barədə bəzi məlumatları sizə təqdim edir:

Albalı təkcə dadlı deyil, həm də çox faydalıdır
Yaxında albalı mövsümü başlayır – bu giləmeyvəni həm böyüklər, həm də uşaqlar sevir. Albalı vitaminlərlə zəngin olduğu üçün çox faydalıdır. Amma bütün faydalarına baxmayaraq, bəzi insanlar üçün albalı sağlamlığa zərər verə bilər.

Kimlərə albalı yemək olmaz?
Şəkərli diabetdən əziyyət çəkənlər – çünki albalının tərkibində xeyli şəkər var.

Allergiyaya meyilli insanlar – albalı allergik reaksiyalara səbəb ola bilər.

Bağırsaq problemləri olanlar, mədə xorası, qastrit, artmış turşuluq və metabolik pozğunluq yaşayanlar.

Pəhriz saxlayanlar – çünki bəzi hallarda albalı pəhrizi poza bilər.

Kiçik uşaqlara da ehtiyatla verilməlidir
Dietoloqlar vurğulayır ki, kiçik yaşlı uşaqlarda hələ mədəaltı vəzin ferment sistemi tam formalaşmadığı üçün dəridə səpgilər yarana bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 633

Oxşar yazılar