Bığlardan   kostyum hazırlandı - Qeyri-adi İDEYA
18 oktyabr 2025 11:49 (UTC +04:00)

Bığlardan kostyum hazırlandı - Qeyri-adi İDEYA

0

Avstraliyada kişilərin sağlamlığının əhəmiyyətini xatırlatmaq üçün bığlardan hazırlanmış bir kostyum yaradılıb.

Lent.az xəbər verir ki, Movember aksiyası zamanı kişilər bığ saxlayaraq xərçəng və psixi sağlamlıq barədə maarifləndirməni artırmağa çalışırlar. Lakin Avstraliyada bu ideyanı daha da irəli aparıblar.

Dünyada ilk dəfə bığ tüklərindən hazırlanmış kostyum yaradıblar.

Layihə vizual rəssam Pamela Klimann-Passi, Bullfrog adlı kreativ agentlik və POLITIX kişi geyim brendi tərəfindən həyata keçirilib. Məqsəd kişi sağlamlığı ilə bağlı problemlərə, xüsusən də prostat xərçənginə, eləcə də intihar hallarına diqqət çəkmək olub.

Kostyum milyonlarla tükdən ibarət olub. Bunların bir hissəsi fiziki və ya psixi çətinliklərdən keçmiş kişilər tərəfindən ianə olunub. Digər hissəsi isə bərbərxanalardan yığılan tullantı saçların təkrar istifadəsi ilə məşğul olan Sustainable Salons təşkilatı tərəfindən təmin edilib.

Kostyumun astarında belə bir mesaj var: “Müayinədən keçin, açıq danışın və bədəninizə qulaq asın”.

Rəssam etiraf edib ki, belə bir əsərin hazırlanması onun üçün həqiqi bir sınaq olub: “Mən əvvəllər heç vaxt “xallı tüklə” işləməmişdim. Və bığlarla dolu nəhəng bir qutu alanda, sadəcə əllərimi içinə salmaq istədim”.

O, dərzi ustası Nikos Manolis və stilist Maykl Tellis ilə birlikdə bığ tüklərini qara pambıq və tül qatları arasında yerləşdirərək, belə adlandırılan “bığ sendviçi” yaradıb. Gizli tikiş ürək döyüntüsünü xatırladır. Bu isə həyatın rəmzi kimi düşünülüb.

Kostyum donorların sitatları ilə və rəssamın 2016-cı ildə xərçəngdən vəfat etmiş həyat yoldaşı Passi Conun xatirəsinə həsr olunmuş xüsusi etiketlə bəzədilib.

“Passi parlaq kostyumları sevirdi və tez-tez qalın bığ saxlayırdı. Bu layihə ona və xərçəng yaxud psixi xəstəliklər səbəbilə həyatını itirən bütün kişilərə mənim ehtiramımdır,” — deyə Pamela bildirib.

“The Today Show” proqramındakı təqdimatdan sonra kostyum sürətlə viral olub, “Spikes Asia Awards” müsabiqəsində qızıl mükafat qazanıb və Melburn Moda Festivalında nümayiş etdirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 224

Oxşar yazılar