Bu ölkədə siqaret çəkməyənlərə  əlavə istirahət günü   verilə bilər
23 oktyabr 2023 19:46 (UTC +04:00)

Bu ölkədə siqaret çəkməyənlərə əlavə istirahət günü verilə bilər

0

Dövlət Dumasına siqaret çəkməyən ruslara ayda əlavə istirahət gününün verilməsi təşəbbüsü daxil olub. 

Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, ideyanın müəllifi deputat Sultan Həmzəyevdir.

Deputat siqaret çəkməyənlərə əlavə istirahət gününün verilməsini, həmçinin onların idman və bədən tərbiyəsi xərclərinin ödənilməsini təklif edib. O, müraciətini Rusiya Səhiyyə Nazirliyinin rəhbəri Mixail Muraşkoya göndərib.

Əmək Məcəlləsinə dəyişikliklərin edilməsi təklif edilir. Deputat əmindir ki, bu yeniliklər siqaret çəkməyən işçiləri həvəsləndirəcək, başqalarına isə bu vərdişdən əl çəkməyə kömək edəcək.

Səhiyyə Nazirliyindən hələlik heç bir şərh verilməyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 4740

Oxşar yazılar