Şahzadə Uilyam
27 mart 2021 19:58 (UTC +04:00)

Şahzadə Uilyam

Dünyanın ən seksual keçəl kişiləri – SİYAHI

Dünyada ən seksual keçəl kişi şahzadə Uilyam hesab edilib.

Lent.az xarici mediaya istinadla bildirir ki, o, hətta Mayk Tayson və Ceyson Stethemi də geridə qoyub. 

Tədqiqatçılar bloqları və “Google” axtarış sistemi hesabatlarını təhlil ediblər. 

38 yaşlı Kembric hersoqu 17,6 milyon dəfə "seksual" olaraq xarakterizə edilib. İkinci sırada 54 yaşlı boksçu Mayk Taysondur. Sosial şəbəkədə onun cəlbediciliyi 8,8 milyon dəfə qeyd edilib. Liderlərin üçlüyünə 7,4 milyon qeydlə Ceyson Stethem də düşüb. 

Əcəlbedici keçəl kişilərin ilk onluğunaigər tanınmışlar bunlardır: reper Pitbull – 5,4 milyon, basketbolçu Maykl Cordan – 5,3 milyon, boksçu Floyd Meyvezer – 4,3 milyon, “Kriminal dostunun arvadı”nın ulduzu Con Travolta – 3,8 milyon, Bryus Uillis – 3,3 milyon.

Ən yüksək reytinqlilərin siyahısına "Sürətli və Hirsli" serialının ulduzları Dueyn Conson - 2,6 milyon və Vin Dizel də – 2,3 milyon bəyənmə ilə düşüblər.
 

# 5991
avatar

Oxşar yazılar