Dünyanın ilk nüvə tullantıları məzarlığı  açılmağa hazırlaşır
05 iyun 2026 04:02 (UTC +04:00)

Dünyanın ilk nüvə tullantıları məzarlığı açılmağa hazırlaşır

0

Finlandiyanın Eurayoki bölgəsində, yerin təxminən 433 metr dərinliyində inşa edilən Onkalo adlı obyekt dünyanın ilk daimi yeraltı nüvə tullantıları anbarı olacaq.

Lent.az xəbər verir ki, anbarın bu ilin sonuna qədər istismara verilməsi gözlənilir.

Təxminən 1 milyard avroya başa gələn layihənin tikintisinə 2004-cü ildə başlanıb. Anbar Finlandiyanın nüvə reaktorlarından çıxan 6500 ton işlənmiş nüvə yanacağını qəbul edə biləcək.

Tullantılar xüsusi mis kapsullara yerləşdiriləcək, bentonit gili ilə izolyasiya olunacaq və yeraltı tunellərdə saxlanılacaq. Anbar doldurulduqdan sonra tam möhürlənəcək və ən azı 100 min il açılmayacaq.

Finlandiya rəsmiləri layihənin təhlükəsiz olduğunu bildirsələr də, ekoloji təşkilatlar minlərlə il ərzində korroziya, zəlzələ və digər risklərin tam aradan qaldırıla bilməyəcəyini vurğulayırlar.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 168

Oxşar yazılar