İnsana dil nə üçün  lazımdır? Gözlənilməz İZAHAT
18 may 2026 14:18 (UTC +04:00)

İnsana dil nə üçün lazımdır? Gözlənilməz İZAHAT

0

Araşdırma göstərib ki, insan dili yalnız ünsiyyət üçün formalaşmayıb.

Alimlər belə nəticəyə gəliblər ki, insan dili təhlükəsizlik ehtiyacı ilə sıx bağlı ola bilər. 

Lent.az xarici mediaya istinadən xəbər verir ki, tədqiqatçılar ənənəvi mənanın  qiymətləndirmə sisteminin  dilin real quruluşunu tam əks etdirmədiyini müəyyən ediblər. 

Əvvəllər hesab olunurdu ki, sözlərin mənası üç müstəqil parametr vasitəsilə izah edilə bilər:

• müsbət və ya mənfi məna 

• emosional həyəcan səviyyəsi 

• güc və ya nəzarət hissi 

Lakin araşdırma göstərib ki, bu xüsusiyyətlər bir-biri ilə sıx əlaqəlidir və ayrı-ayrılıqda mövcud olmur.

Alimlər müəyyən ediblər ki, müsbət məna daşıyan sözlər insanlar tərəfindən sadəcə emosional baxımdan pozitiv deyil, həm də daha təhlükəsiz və sakit kimi qəbul olunur.

Tədqiqat zamanı mütəxəssislər söz mənalarının xüsusi vizual xəritələrini hazırlayıblar və müəyyən ediblər ki, dil üç əsas anlayış ətrafında formalaşır:

• güc 

• təhlükə 

• struktur 

Bu sistemdə ən vacib faktor isə insanın təhlükəsizlik arzusu olub.

Araşdırma müəllifləri bildirirlər ki, kitablar, xəbərlər, sosial şəbəkə paylaşımları və digər mətnlərdə insanlar təhlükə və qorxu ilə bağlı sözlərdən daha çox təhlükəsizliklə əlaqəli ifadələrdən istifadə edirlər.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 183

Oxşar yazılar