İnsanlar daha çox bu saatlarda ölür   – Mütəxəssislər açıqladı
27 sentyabr 2023 13:24 (UTC +04:00)

İnsanlar daha çox bu saatlarda ölür – Mütəxəssislər açıqladı

İnsanların daha çox günün hansı saatlarında öldüyü məlum olub.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, Harvard Tibb Məktəbinin mütəxəssisləri heyrətamiz bir kəşf ediblər. Onlar aşkar ediblər ki, insanlar ən çox günün müəyyən saatlarında ölür. 

Məlum olub ki, insanlar ən çox səhər saat 11-də ölür. Bütün fizioloji proseslər sirkadiyalı ritmə malikdir və əsasən günün müəyyən vaxtlarında baş verir. Bu da səhər saat 11 radələrinə rast gəlir. 

Maraqlısı odur ki, ilin ən ölümcül ayları isə yanvar və dekabr hesab olunur. Mütəxəssislərin fikrincə, ölüm hallarının artması çoxlarının bayramlar öncəsi hiss etdiyi stresslə bağlıdır. Bundan əlavə, bu dövrdə insanlar ilin sonuna qədər gözləyə biləcəklərinə inanaraq, xəstəlik əlamətlərini görməməzlikdən gəlirlər. 

Onlar həmçinin aşkar ediblər ki, insanların çoxu şənbə günü ölür. Bunun səbəbi isə narkotik vasitələrin həddindən artıq dozası, yol-nəqliyyat hadisələri və odlu silahdan ölüm hallarının pik həddi bu günə düşür.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4212
avatar

Sevinc Fərid

Oxşar yazılar