Noyabr ayında bu bitkiləri budamaq lazımdır
01 noyabr 2025 16:44 (UTC +04:00)

Noyabr ayında bu bitkiləri budamaq lazımdır

0

Noyabr ayı bir çox ağac və bitki üçün təbii istirahət dövrü hesab olunur. 

Lent.az xəbər verir ki, mütəxəssislər bu dövrdə aparılan düzgün budamanın bitkilərin sağlamlığı üçün kritik əhəmiyyət kəsb etdiyini hesab edirlər. Budama prosesi ilə budaqların sıxlığı balanslaşdırılır, bitkinin enerjiyə qənaəti təmin olunur və xəstəlik riski azaldılır. Noyabr ayında budanması lazım olan bitkilər isə bunlardır:

1. Gül
Noyabr ayında aparılan budama güllərin xəstəliklərdən təmizlənməsinə kömək edir və baharda daha güclü, sağlam tumurcuqlar verməsinə şərait yaradır.

2. Üzüm Tənəyi (Asma)
Üzüm məhsuldarlığını artırmaq üçün tənəklərin qışdan əvvəl budanması vacibdir. Bu tədbir, budaqların güclənməsini və daha keyfiyyətli meyvə verməsini təmin edir.

3. Meyvə Ağacları (Alma, Armud, Heyva)
Çəyirdəkli meyvə ağaclarında noyabr budaması həm məhsuldarlığı artırır, həm də ağacın balanslı böyüməsinə töhfə verir. Xüsusilə alma, armud və heyva yetişdirənlər üçün bu dövr kritik əhəmiyyət daşıyır.

4. Zeytun Ağacı
Zeytun ağaclarının artıq budaqları kəsildikdə günəş işığı daxili budaqlara daha yaxşı çatır və meyvənin keyfiyyəti yüksəlir. Noyabr ayı bu iş üçün ən əlverişli zaman sayılır.

5. Yasəmən (Leylak)
Bəzək bitkilərindən olan yasəmən noyabr ayında budandıqda, yazda daha bol və parlaq çiçəklər açır, bağa gözəl mənzərə qatır.

 

Fərqanə Novruzova

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 494

Oxşar yazılar