“Piramidaların, qədim hindu məbədinin sirri açılır” –  Dinsizlər iyulda Yerə enəcək   - FOTO
09 mart 2021 18:07 (UTC +04:00)

“Piramidaların, qədim hindu məbədinin sirri açılır” – Dinsizlər iyulda Yerə enəcək - FOTO

“Pramidaların inşasının videosunu göstərdilər, dinsiz yadplanetlilər iyukda Yerə gələcək 

“Uzun müddətdir NUO və Yerdən kənar sivilizasiyaları öyrənirəm. Bu illər ərzində UNO-larla “əlaqə quran” insanlarla tanış oldum, bir çoxu ilə şəxsən ünsiyyət qurdum, lakin onlardan biri istisna olmaqla, danışdıqları inandırıcı deyildi”.

Lent.az Rusiya KİV-ə istinadən xəbər verir ki, bu fikirlər adının çəkilməsini istəməyən ufoloqun dediklərindəndir. 

Yadplanetliləri araşdıran alimlə Yerdən kənar qüvvələrlə “əlaqədə olan” şəxsin dedikləri şok effekti yaradır: 

“Onunla 7 il əvvəl görüşmüşdüm. Danışdıqları yadplanetlilər tərəfindən sistematik olaraq qaçırılanların dediklərindən köklü surətdə fərqlənirdi. Onun da bildirdiklərində sapmalar vardı, lakin elə məqamlara toxunurdu ki, həmin detallar diqqət çəkirdi. Məsələn, o deyirdi ki, 2021-ci ildə hər şey dəyişəcək. UNO-lar və onları idarə edənlər özləri insanlarla təmasda olacaq. Bu, 2021-ci ilin 8 və ya 18 iyul tarixlərində baş verəcək, bütün insanlar bunu bilsinlər. Bu il mütləq Yerdə görünəcəklər...”. 

Bəs kənar sivilizasiya sakinlərinin Yerə gəlməkdə məqsədi, məramı nədir? 

Cavabı dinlədikcə təəccüblənməmək mümkün deyil:

“Planlarının nə olduğuna tam əmin deyiləm. Onlar pis və təhlükəli görünmürlər. Yadplanetlilər öz məkanlarından çox danışsalar da, izah etsələr də başa düşə bilmədim...

Mənə dedilər ki, heç bir şeyə ehtiyac duymurlar. Dinləri yoxdur, oksigen, su, ağac və başqa bir şeyə ehtiyacları yoxdur. İnsanları yemirlər.

Düşünmürəm ki, onlar bizimlə qarışıb-qaynamaq və ya bizi genetik cəhətdən dəyişdirmək istəmirlər. Nə istədiklərini tam bilmirəm. 

“Qonaqlar” həmişə Yerə gəliblər. Mənə neandertalların, dinozavrların, Maya hindularının qədim və ən böyük məbəd kompleksinin, Meksika ilə Qvatemala arasındakı sərhəddə San Pedro çayının sahillərindəki müəmmalı sahənin, Misir piramidalarının inşasının videolarını göstərdilər. Videoda piramidaların bünövrəsinin necə qoyulmasının, tikintisinin görüntüləri var idi. Piramidalar üçün daş blokların çay boyu gəmilərlə necə təslim edildiyi, qaldırıldığı, piramidanın mərkəzindəki şaftın içərisində yığılması və s.

Dedilər ki, piramidalar “ulduzlardan gələn müəllimlərin” köməyi olmadan tikilə bilməzdi. Özləri inşa etdiklərini əminliklə bildirdilər”.

# 4080
avatar

Rəsul SARI

Oxşar yazılar