İngiltərənin Blenheim sarayından iki il əvvəl oğurlanan qızıldan hazırlanan unitaz hələ də tapılmayıb.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, 2019-cu il sentyabrın 14-də sarayda sənət sərgisinin keçirildiyi vaxt oğurlanan qızıl unitazın dəyəri 1 milyon funt sterlinqdir (2 300 000 manatdan çox).
Xatırladaq ki, unitazı tapan şəxslərə 100 min funt sterlinq ödəniləcəyi də bildirilmişdi.
Oğurluqla əlaqədar indiyərək 7 nəfər həbs edilsə də, onların heç biri oğurluqla günahlandırılmayıb.