Şəkərsiz qəhvə içən  insanlar daha güclü  deyil? - Səbəb daha sadədir
22 may 2026 13:58 (UTC +04:00)

Şəkərsiz qəhvə içən insanlar daha güclü deyil? - Səbəb daha sadədir

0

Bir çox insan hesab edir ki, şəkərsiz qara qəhvə içənlər daha intizamlıdır, daha zərif zövqə malikdir və ya sağlamlıqlarına daha çox diqqət yetirirlər. Lakin psixoloqlar bildirir ki, bu seçimin səbəbi daha sadə, eyni zamanda daha dərin məna daşıyır. Bu barədə siliconcanals.com yazır.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, dad hissiyyatı ilə bağlı genetik fərqlər qəhvə seçiminə təsir edir. Acı dada daha həssas olan insanlar daha çox şəkərsiz qara qəhvəyə üstünlük verirlər. Amma genetika bu məsələnin yalnız bir hissəsidir.

Qəhvəni şirinləşdirməyi dayandıran insanlar çox vaxt həyatdakı digər “şirinləşdirmələri” də azaldır. Məsələn, fikirlərini yumşaltmaq, məyusluqları gizlətmək və ya çətinlikləri olduğundan daha müsbət göstərmək kimi davranışlardan uzaqlaşırlar.

Psixoloqların sözlərinə görə, burada söhbət fərqli bir qavrayışın inkişafından gedir: qəhvə öz dadında qalır, həqiqət olduğu kimi qəbul edilir və təcrübənin dəyərli olması üçün onu mütləq xoş hala salmaq lazım olmur.

Komfortun həddən artıq olması nə ilə nəticələnir?

Müasir dünyada insanlar hər şeyin rahat və xoş olmalı olduğuna inanmağa başlayıblar. Lakin davamlı olaraq “acı” hisslərdən qaçmaq insanın “şirin” duyğuları da tam hiss etmə qabiliyyətini zəiflədir. Nəticədə bütün təcrübələr eyni, zəif emosional fonla qəbul olunur.
Eyni zamanda həm dad reseptorları, həm də dünyagörüşü inkişaf edə bilir.

Şəkərsiz qəhvə içən insan çox vaxt xoşagəlməz emosiyalarla qaçmadan və ya onları dərhal dəyişməyə çalışmadan üzləşməyi öyrənmiş olur. Beləliklə, şirin qəhvədən qara qəhvəyə keçid əslində qəhvənin özündən çox, həyat təcrübəsinə münasibətin dəyişməsi ilə bağlıdır.

İnsan avtomatik olaraq şəkərə əl atmağı dayandırdıqda, digər situasiyalarda da avtomatik reaksiyalarda məcburi üzr istəmələrdən, özünü müdafiə edən izahlardan və ya təsəlli verən arqumentlərdən uzaqlaşmağa başlayır.

Bu isə o demək deyil ki, insan sərt və ya hisssiz olur. Əksinə, belə insanlar üçün xeyirxahlıq məcburiyyət deyil, seçimə çevrilir. Onlar ehtiyac olduqda səmimi şəkildə yaxşılıq göstərə bilirlər, çünki hər şeyi süni şəkildə yumşaltmağa ehtiyac hiss etmirlər.

Əsl zəriflik isə nə içdiyinizdə deyil, həm acını, həm də şirini qiymətləndirməyi bacarmaqda, həqiqəti də, təsəllini də yerində təqdim etməyi anlamaqda gizlidir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 174

Oxşar yazılar