Tarixi addım: Ay tozundan ilk dəfə oksigen istehsal edildi
16 aprel 2026 04:45 (UTC +04:00)

Tarixi addım: Ay tozundan ilk dəfə oksigen istehsal edildi

0

Ceff Bezosun qurucusu olduğu “Blue Origin” şirkəti “Air Pioneer” adlı xüsusi reaktor vasitəsilə Ay torpağından nəfəs almaq üçün yararlı oksigen əldə etdiyini açıqlayıb.

Lent.az xəbər verir ki, bu texnologiya Ayda daimi insan məskənlərinin qurulması baxımından mühüm addım sayılır.

Sistem Ay səthindəki “regolit” adlanan tozu 1600 dərəcəyə qədər qızdırır, sonra elektroliz üsulu ilə oksigeni metallardan ayırır.

Nəticədə həm kosmonavtlar üçün hava, həm də raket yanacağı üçün istifadə oluna bilən oksigen alınır.

Layihə NASA tərəfindən 35 milyon dollarla dəstəklənib. Sistem yalnız oksigen deyil, dəmir, alüminium və silikon kimi faydalı materiallar da istehsal edir.

Bununla belə, reaktorun işləməsi üçün çox böyük enerji; təxminən 1 meqavat güc tələb olunur və bunun Ayda günəş panelləri ilə təmin edilməsi planlaşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 218

Oxşar yazılar