Çoxlarına elə gəlir ki, məqsədlərə çatmaq üçün daim işləmək, istirahətdən imtina etmək lazımdır. Amma bəlkə də yuxu çatışmazlığı — sizin məhsuldarlığınızı məhv edən gizli düşməninizdir?
Araşdırmalar göstərir ki, cəmi bir gecə yuxusuz qalmaq diqqət cəmləməni 30% azaldır, xroniki yuxu çatışmazlığı isə səhvlərə, əsəbiliyə və motivasiya itkisinə səbəb olur.
Lent.az yuxunun əsl rolunu sizə təqdim edir:
Yuxunun əsl rolu
Yaxşı xəbər odur ki, bu balansı bərpa etmək üçün radikal dəyişikliklər lazım deyil – bu düşündüyünüzdən daha asandır. Əvvəlcə yuxunu "vaxt itkisi" kimi görməkdən vaz keçin. Yuxu zamanı beyniniz fəaliyyətini dayandırmır:
Məlumatları çeşidləyir
Yaddaşı möhkəmləndirir
Nevron əlaqələrini bərpa edir
Bu prosesi telefonunuzu enerji ilə doldurmağa bənzətmək olar: doldurulmamış batareya ilə çox uzağa getmək mümkün deyil.
Nə etməli?
Gec yatmaq vərdişiniz varsa, yuxu saatınızı hər gün 15 dəqiqə erkənləşdirin. Əgər yuxuya getmək çətindirsə, rahatladıcı axşam ritualı yaradın:
ilıq duş
kağız kitab oxumaq (elektron deyil!)
sakit musiqi ilə meditasiya
Keyfiyyətli yuxunun sirrləri
Otağı qaranlıq edin
Yatmazdan 1 saat əvvəl bütün elektron cihazları kənara qoyun
Otaq temperaturunu 18–20°C arasında saxlayın
Əgər səs narahat edirsə:
qulaqcıq (beruş) istifadə edin
və ya “ağ səs” proqramlarından istifadə edin
Əgər uşaqlar və ya iş rejimi imkan vermirsə?
“Parçalanmış yuxu” texnikasını sınayın:
20 dəqiqəlik günorta yuxusu
bu, 3 fincan qəhvədən daha təsirli ola bilər
Zəhmət + Yuxu = Ağıllı Planlama
Ən çətin tapşırıqları səhər saatlarına planlaşdırın – beyin daha təravətlidir
Təkrarlanan və az əhəmiyyətli işləri günün ikinci yarısına buraxın
5 dəqiqəlik mikrofasilələr (dərin nəfəs və ya qısa gəzinti) – zehni təravətləndirir
Sadə vərdişlərlə artıq 2 həftəyə dəyişiklikləri hiss edəcəksiniz:
Daha çox iş görəcəksiniz
Daimi yorğunluq azalacaq.