Odessadakı Azərbaycan Konqresi uşaq bayramına qatılıb
24 aprel 2009 13:30 (UTC +04:00)

Odessadakı Azərbaycan Konqresi uşaq bayramına qatılıb

Ukraynanın cənub şəhərində bayram tədbiri keçirilib

Dünən Türkiyənin Odessa konsulluğunda da Ulusal Egemenlik Genclik ve Spor bayramı qeyd olundu. Konsulluğun binasında təşkil olunan tədbir rəsmi hissə ilə start götürdü. Qısa brifinqi açıq elan edən baş konsul Murat Tamer media mənsublarını salamladıqdan sonra bayramın tarixi və mahiyyəti ilə bağlı açıqlama verdi: “Ulu öndərimiz Atatürk Türkiyə Böyük Millət Məclisinin yarandığı bu tarixi cocuqlara bayram olaraq ərməğan etdi. Türk millətinin tarixində yeni bir dönəmin başlanğıcı sayılan 23 aprel yalnız türk cocuklarının deyil, bütün dünya cocuklarının bayramıdır. Çünki Atatürkün söylədiyi kimi, cocuqlar hər bir millətin gələcəyidir”.

Sonra ənənyə uyğun olaraq, baş konsul öz postunu şəhərdəki tək türk liseyi olan Çernomorski liseyinin şagirdi Murat Kırhana verdi.

Bədii hissə Atatürkün və türk millətinin xatirəsinə sayğı duruşu ilə başladı. Ukrayna və Türkiyə himnləri dinləndikdən sonra qonaqlar türk və ukraynalı uşaqların ifasında müxtəlif mahnı, şer və rəqs nömrələrinə tamaşa etdilər.

Odessadakı Azərbaycan Konqresi də qardaş ölkənin tədbirinə əliboş gəlməmişdi. Azərbaycanlı qız Diana Ağayevanın ifasında mahnı, Cavid, Xalidə, Ləman, Şəhanə və Qəşəm Həsənovların Novruz rəqsi də xüsusi maraq və alqışlarla qarşılandı.

Tədbirin sonunda qonaqlar şirniyyat stoluna dəvət olundu.

Ən sonda isə tədbirə qatılan hər bir uşaq konsulluq tərəfindən hədiyyələrlə mükafatlandırıldı.

Anar Ağayev, Odessa
# 1524

Oxşar yazılar

İsveçrə “Avroviziya-2024”ün qalibi oldu

İsveçrə “Avroviziya-2024”ün qalibi oldu

12 may 2024 , 02:54
“Avroviziya-2024”ün finalı başlayıb - CANLI

“Avroviziya-2024”ün finalı başlayıb - CANLI

11 may 2024 , 23:10
"Həftə səkkiz mən doqquz" - Belə yaranıb

"Həftə səkkiz mən doqquz" - Belə yaranıb

11 may 2024 , 19:24
Əfsanəvi ABBA  geri qayıdır

Əfsanəvi ABBA geri qayıdır

10 may 2024 , 15:27
“Avroviziya-2024”də bütün finalçılar bəlli oldu

“Avroviziya-2024”də bütün finalçılar bəlli oldu

10 may 2024 , 01:41
"Yaralarla yaşamaq xəstəlikdir" - Xalq artisti

"Yaralarla yaşamaq xəstəlikdir" - Xalq artisti

9 may 2024 , 15:43
Maykl Cekson məşhur rəqsini azərbaycanlılardan “oğurlayıb”

Maykl Cekson məşhur rəqsini azərbaycanlılardan “oğurlayıb”

9 may 2024 , 15:00
Bu mədəniyyət xadimlərinə prezidentin fərdi təqaüdü  veriləcək

Bu mədəniyyət xadimlərinə prezidentin fərdi təqaüdü veriləcək

9 may 2024 , 11:26