Mənsum İbrahimov: “Yana-yana kül oldum”
24 yanvar 2011 13:26 (UTC +04:00)

Mənsum İbrahimov: “Yana-yana kül oldum”

Akademik Opera və Balet Teatrının solisti, xalq artisti Mənsum İbrahimovun yeni albomu hazır olmaq üzrədir. “Yana-yana kül oldum” adlı alboma xanəndənin ən sevilən 10 mahnısı daxil edilib.

Albom barədə Lent-az-a danışan Mənsum İbrahimovun sözlərinə görə, hazırda toplunun dizaynı üzərində iş aparılır. Albom fevralda işıq üzü görəcək: “Albomda mənim ifamda sevilən 10 mahnı, eləcə də “Qarabağ şikəstəsi” yer alıb. Bütün mahnılar da həmişəki kimi əməkdar artistlər Elnur Əhmədov və Elçin Həşimovun müşayiəti ilə ifa olunub. Biz öz üzərimizə düşən bütün işləri başa çatdırmışıq. İndi albomun dizaynı hazırlanır”.

Xanəndə onu da qeyd edib ki, bu, onun Bakıda çıxacaq sayca dördüncü albomudur. Bundan öncə isə Mənsum İbrahimovun xarici ölkələrdə beş albomu işıq üzü görüb.

Xəyalə Muradlı
# 1047

Oxşar yazılar