Azərbaycanlı gənc pianoçu Suriyada keçirilən festivaldan uğurla qayıdıb
Bakı şəhəri R.Hacıyev adına 15 nömrəli Uşaq Musiqi Məktəbinin şagirdi Kamil Həsənov ötən həftə Dəməşq şəhərində keçirilmiş Solhi Al Vadi adına Gənc pianoçuların II beynəlxalq müsabiqəsində iştirak edib. Mədəniyyət və Turizm Nazirliyindən Lent.az-a verilən məlumata görə, pianoçu uğurlu çıxış nümayiş etdirib 3-cü yer tutaraq, müsabiqənin laureatı adına və pul mükafatına layiq görülüb.
Azərbaycan, Amerika Birləşmiş Ştatları, Birləşmiş Ərəb Əmirlikləri, Bosniya və Hersoqovina, Çin, Kanada, Suriya, Tunis və Ermənistandan 60-dan çox gənc pianoçunun iştirak etdiyi müsabiqədə Kamil Həsənov ölkəmizin yeganə təmsilçisi olub. Gənc pianoçu Kamil Həsənov Suriya Ərəb Respublikasındakı Azərbaycan Səfirliyində qəbul edilib və qiymətli hədiyyə ilə mükafatlandırılıb.
Qeyd etmək lazımdır ki, bu qələbə gənc pianoçunun ilk nailiyyəti deyildir. Kamil Həsənov cari ilin may ayında Gürcüstanın Tbilisi şəhərində keçirilmiş Gənc pianoçuların IV beynəlxalq müsabiqəsində də müvəffəqiyyətlə çıxış edərək müsabiqənin laureatı adına və bürünc medala layiq görülüb.
Lalə Yusifqızı

Oxşar yazılar

İnsanları tanımağınıza kömək edəcək 5 film -VİDEO
16 iyun 2025 , 12:13
Səsi Londondan gələn Ayan: balaca barmaqların uğuru -VİDEO
12 iyun 2025 , 21:18
Ailə ilə izləmək üçün 5 film - VİDEO
12 iyun 2025 , 10:14
Qadınlar haqqında 7 serial -VİDEO
11 iyun 2025 , 18:16
Rüstəm Behrudinin şeiri məşhur türk serialında - VİDEO
11 iyun 2025 , 13:06
“Çaqqal günü” romanının müəllifi vəfat etdi
10 iyun 2025 , 00:04
Dahilərdən pul haqqında 10 sitat
9 iyun 2025 , 16:09