Aftandil İsrafilovun qızı: “Vəziyyəti yaxşı deyil"
31 mart 2023 10:41 (UTC +04:00)

Aftandil İsrafilovun qızı: “Vəziyyəti yaxşı deyil"

0

Tanınmış qarmon ifaçısı, Xalq artisti Aftandil İsrafilovun səhhəti ilə bağlı son vəziyyət açıqlanıb.

Lent.az xəbər verir ki, bu barədə APA-ya sənətçinin qızı Həcər İsrafilova məlumat verib.

Onun sözlərinə görə, atası hazırda xəstəxanaların birində müalicəsini davam etdirir: “Vəziyyəti yaxşı deyil, irəliləyiş yoxdur”.

Xatırladaq ki, Aftandil İsrafilov ötən ilin noyabrında səhhəti ilə bağlı xəstəxanaya yerləşdirilmişdi. Bir müddət sonra evə buraxılmış, müalicəsi evdə davam etdirilmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2096

Oxşar yazılar