Türkiyənin məşhur teatr və kino aktyoru Haluk Bilginer dünən axşam səhnədə pisləşərək xəstəxanaya aparılıb.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, peşəkar aktyorun sağlamlıq durumu ilə bağlı ilk açıqlamanı komanda yoldaşları verib.
Belə ki, ustad aktyor dünən axşam Kadıköy Caddebostan Mədəniyyət Mərkəzində Kundakçı tamaşasını səhnələşdirərkən vəziyyəti pisləşib. Tamaşaçılar arasında olan həkim aktyora ilk yardımı göstərib.
Daha sonra təcili tibbi yardım maşını ilə Acıbadem xəstəxanasına çatdırılan aktyor burada müayinə və müalicə olunub. Bilginerin səhhətinin yüksək təzyiq səbəbindən pisləşdiyi bildirilib.
Hazırda 69 yaşlı usta oyunçunun səhhətinin yaxşı olduğu öyrənilib. Təcili yardıma mindirilərkən Bilginerin huşunun yerində olduğu bildirilib və hər kəsə təşəkkür edib.