Veysəloğlu Şirkətlər Qrupu “Qarabağ gecəsi” xeyriyyə konsertinin baş sponsorudur
05 iyun 2023 19:00 (UTC +04:00)

Veysəloğlu Şirkətlər Qrupu “Qarabağ gecəsi” xeyriyyə konsertinin baş sponsorudur

Konsertdən əldə ediləcək vəsait Ağdam rayonunun ərazisində yerləşən Pənahəli xanın İmarət kompleksinin bərpasına yönəldiləcək.

Veysəloğlu Şirkətlər Qrupu (VŞQ) Qarabağ Dirçəliş Fondu ilə əməkdaşlıq çərçivəsində işğaldan azad olunan ərazilərin bərpası və yenidən qurulması ilə bağlı dəstəyini davam etdirir.

VŞQ iyunun 17-də Gəncə şəhərində Qarabağ Dirçəliş Fondunun təşəbbüsü və təşkilatçılığı, Mədəniyyət Nazirliyinin təşkilati dəstəyi ilə keçiriləcək “Qarabağ gecəsi” adlı xeyriyyə konsertinin baş sponsorudur.

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında baş tutacaq konsertdə xalq artistləri, əməkdar artistlər, F.Əmirov adına Əməkdar Kollektiv Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının instrumental heyəti, F.Əmirov adına Əməkdar Kollektiv Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı, eləcə də “Sənət Akademiyası”nın tələbələri çıxış edəcəklər.

“Qarabağ gecəsi” adlı xeyriyyə konserti ilk dəfə olaraq ötən il iyunun 26-da Azərbaycan Dövlət Filarmoniyasında təşkil olunub. Bu konsertdən, sponsorlar və bilet satışından toplanan vəsait hesabına Şuşa şəhərində mədəniyyət müəssisələrindən birinə yüksək keyfiyyətli royalın alınması qərara alınıb.

Veysəloğlu Şirkətlər Qrupu (VŞQ) pərakəndə, distribusiya, logistika və istehsalat daxil olmaqla, tədarük zəncirinin müxtəlif sahələrini əhatə edən çoxşaxəli FMCG (gündəlik istehlak malları) qrupudur. Dayanıqlı inkişafı dəstəkləmək və cəmiyyət üçün dəyər yaratmaq Veysəloğlu Şirkətlər Qrupunun əsas fəlsəfəsidir.

# 1269
avatar

Oxşar yazılar