"Koronavirusa yoluxan əməkdar artist Yaqub Zurufçunun vəziyyətində dünəndən pisləşmə müşahidə olunur".
"Yeni Klinika”nın reanimasiya şöbəsinin müdiri Emil Qasımov Lent.az-a bildirib ki, bu da əsasən kəskin böyrək çatışmazlığı ilə bağlıdır:
"Bu məqsədlə ona hemodiyafiltrasiya dediyimiz fasiləsiz böyrək əvəzedici terapiya başlanıb".