Arıqlamaq   istəyənlər üçün salat: 5 dəqiqəyə hazırlayın -  Lent.az-ın mətbəxi
15 iyun 2022 18:27 (UTC +04:00)

Arıqlamaq istəyənlər üçün salat: 5 dəqiqəyə hazırlayın - Lent.az-ın mətbəxi

Lent.az-ın mətbəxi layihəsində növbəti resepti təqdim edirik. 

Bu dəfə sosial şəbəkədə “MyFoodChannel” adı ilə tanınan səhifəyə istinadən arıqlamaq istəyənlər üçün asan salat reseptini sizinlə bölüşürük. 

5 dəqiqəyə hazırlana bilən bu qatıq salatı həm dadlı, həm də faydalıdır. Xüsusilə, çəkisinə diqqət edənlər bu resepti mütləq menyularına əlavə etməlidirlər. 

Lazım olan ərzaqlar:

2 ədəd xiyar

1 dəstə şüyüd

400 qram süzmə qatıq

1/3 çay qaşığı qara istiot

2-3 yemək qaşığı zeytun yağı

1/4 limon şirəsi

Duz

Hazırlanma qaydasını videodan izləyə bilərsiniz. 

Nuş olsun!
 

# 3036
avatar

Sevinc Fərid

Oxşar yazılar