Dadına zərər vermədən ətin buzunu  tez və asan əritmək üsulu
02 iyun 2026 13:29 (UTC +04:00)

Dadına zərər vermədən ətin buzunu tez və asan əritmək üsulu

0

Əgər toyuğu və ya əti dondurucudan çıxarmağı unutmusunuzsa, narahat olmağa dəyməz. Ətin buzunu tez əritməyin və eyni zamanda nə yeməyi korlamamağın, nə də sağlamlığa zərər verməməyin yolları var. Əgər artıq axşam yeməyini gözünüzdə canlandırırsınızsa, amma qarşınızda donmuş bir parça ət varsa, ruhdan düşməyin. 

Lent.az xarici mediaya istinadən xəbər verir ki, ətin buzunu açmaq üçün saatlarla gözləməyə ehtiyac yoxdur, sadəcə bunu düzgün etməyi bilmək vacibdir. Çünki yanlış üsul yalnız dadı yox, məhsulun özünü də korlaya bilər.

Ətin keyfiyyətini itirmədən üçün ən yaxşı üsullardan biridir. Bunu belə edin:

• Böyük bir qabı soyuq su ilə doldurun 

• Əti kip bağlanan paketə yerləşdirin 

• Tamamilə suya salın 

• Suyu hər 20-30 dəqiqədən bir dəyişin 

Bu üsul məhsulun bərabər şəkildə buzunun  əriməsinə kömək edir və isti su istifadə edildikdə olduğu kimi, səthinin “bişməsinin” qarşısını alır.

İkinci üsul: mikrodalğalı soba

• Əti xüsusi qaba yerləşdirin 

• “Defrost” (əridilmə) rejimini və ya 20-30% gücü seçin 

• Hər bir neçə dəqiqədən bir yoxlayın 

Ancaq bir məqam var: bu üsulla buzu əridilən ət dərhal bişirilməlidir, əks halda bakteriyalar inkişaf edə bilər.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 250

Oxşar yazılar