Sağlamlıq üçün ən zərərli şorba  AÇIQLANDI
09 iyul 2026 19:59 (UTC +04:00)

Sağlamlıq üçün ən zərərli şorba AÇIQLANDI

0

Şorbalar adətən sağlam qidalanmanın vacib hissəsi hesab olunur. Onlar həzmi yaxşılaşdırır, mədənin fəaliyyətini dəstəkləyir və uzun müddət toxluq hissi yaradır. 

Lent.az xarici mediaya istinadən xəbər verir ki, bütün şorbalar heç də  eyni dərəcədə faydalı deyil. Bəziləri sağlamlığa zərər verə, hətta xroniki xəstəliklərin kəskinləşməsinə səbəb ola bilər.

Mütəxəssislərin sözlərinə görə, solyanka zəngin dadına baxmayaraq, sağlamlıq üçün ən uğurlu seçim deyil. Bu şorba adətən bir neçə növ ət, kolbasa və hisə verilmiş məhsullarla hazırlandığı üçün tərkibində çoxlu yağ olur.

Heyvan mənşəli yağların həddindən artıq qəbulu qanda "pis" xolesterinin səviyyəsini yüksəldə və ürək-damar xəstəlikləri riskini artıra bilər. Bundan əlavə, yağlı qidalar bəzi xroniki xəstəliklərin ağırlaşmasına səbəb ola bilər.

Solyanka mədənin selikli qişasını qıcıqlandıra bildiyi üçün qastrit və ya mədə xorası olan şəxslərə tövsiyə edilmir.

Şorbanın tərkibində olan kapers, turşuya qoyulmuş xiyar və limon kimi turş məhsullar isə mədə turşuluğu yüksək olan insanlar və mədəaltı vəzi xəstəliklərindən əziyyət çəkənlər üçün əlavə risk yarada bilər. Bu səbəbdən solyankanın tez-tez qəbul edilməsi bəzi xəstəliklərin gedişini ağırlaşdıra bilər.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 238

Oxşar yazılar