Qara və yaşıl çay arasındakı əsas fərq  nədir?
08 mart 2026 03:24 (UTC +04:00)

Qara və yaşıl çay arasındakı əsas fərq nədir?

0

Yaşıl çay yarpaqları qısa fermentasiya prosesindən keçir və bu da daha çox faydalı maddənin saxlanmasına səbəb olur. Lakin çay daha uzun müddət emal olunur ki, bu da müxtəlif dadlar yaradır.

Lent.az-ın xəbərinə görə, bu barədə rusiyalı professor Marina Moyseyak Gazeta.ru nəşrinə müsahibəsində danışıb.

Onun sözlərinə görə, qara və yaşıl çayın eyni bitki növündən (Camellia sinensis) istehsal olunmasına baxmayaraq, içkilər dadı, ətri və orqanizmə təsiri baxımından fərqlənir.

"Yüngülfermentləşdirilmiş yaşıl çayla fermentləşdirilmiş qara çay arasında fərq qoyulur. Qara çay yarpaqlarının oksidləşmə səviyyəsi 80%-ə çata bilər, yüngül fermentasiya isə 3%-dən 12%-ə qədər oksidləşməni əhatə edir", - deyə Marina Moyseyak izah edib.

Ekspert qeyd edib ki, yarpaqlarının emalının daha aşağı dərəcəsi yaşıl çayın antioksidant xüsusiyyətlərinin qorunmasına imkan verir, buna görə də içkini bəzən "canlı" adlandırırlar.

"Qara çay dərin fermentasiya olunur və kifayət qədər yüksək temperaturda qurudulur. Bu, onun qida dəyərini azaltmır, çünki bu zaman yeni və maraqlı dadlar yaranır, tonik maddələr isə müxtəlif birləşmələrlə təmsil olunur", - deyə o əlavə edib.

Taninlər çaydakı əsas tonik maddələr kimi çıxış edir. Elmi məlumatlar göstərir ki, daha güclü oksidləşmə zamanı bu maddələr qismən teaflavinlərə çevrilir. Bu da qara çayın katexinlərin üstünlük təşkil etdiyi yaşıl çayla müqayisədə daha yumşaq gümrahedici təsirini izah edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 198

Oxşar yazılar