Niyə bacı-qardaşlar fərqli qocalır? - Genetik izahat
07 mart 2026 13:31 (UTC +04:00)

Niyə bacı-qardaşlar fərqli qocalır? - Genetik izahat

0

Bacı və qardaşlar eyni genlərə sahib olsalar belə, onların bioloji yaşı fərqli ola bilər. Mütəxəssis izah edir ki, qocalma prosesinə həm genetika, həm də ətraf mühit amilləri təsir göstərir.

Lent.az bu genetik izahatı təqdim edir:

Qocalma proseslərinin təxminən 55%-i genetika ilə müəyyən olunur. Hətta doğma bacı və qardaşlar da müxtəlif sürətlə qocala bilər və bu yalnız həyat tərzi ilə bağlı deyil. Qocalma proseslərinin təxminən 55%-i irsiyyətlə bağlıdır, qalan hissəsi isə xarici amillərdən qidalanma, fiziki aktivlik, stress səviyyəsi və həyat şəraitindən asılıdır. Hətta gen dəstləri demək olar ki, tam eyni olan biryumurtalı əkizlərdə belə, fərqli mühitdə yaşadıqları halda qocalma sürəti dəyişə bilər. Genetika müəyyən “üstünlük” verə bilər məsələn, daha yaxşı maddələr mübadiləsi və ya ürək-damar xəstəliklərinə qarşı daha yüksək davamlılıq. Lakin genetika hər şeyi müəyyən etmir. Həddindən artıq qidalanma, az hərəkətli həyat tərzi və ya xroniki stress hətta yaxşı irsiyyəti belə zəiflədə bilər.

Qocalma prosesi əslində doğulduğumuz andan başlayır hüceyrələr daim yenilənir, lakin yaş artdıqca DNT-nin bərpa mexanizmləri daha zəif işləyir. Zədələnmələr toplanır, immun sisteminin effektivliyi azalır və hüceyrələrin artıq maddələrdən təmizlənməsi prosesi ləngiyir. Məhz bu proseslər yaşla bağlı dəyişikliklərin əsasını təşkil edir.

Genetikin sözlərinə görə, “Əgər insan ehtiyacından 1500 kalori artıq qida qəbul edirsə, heç bir genetika bunun təsirini düzəldə bilməz”.

Onun fikrincə, “bioloji yaş” üçün universal formula mövcud deyil, çünki insanın müxtəlif orqanları fərqli sürətlə qocalır. İnsan zahirən gənc görünə bilər, lakin daxili orqanlarında ciddi problemlər ola bilər və ya əksinə.

Uzunömürlülüyə həqiqətən nə təsir edir?

Həkimin qeyd etdiyinə görə, çəkiyə nəzarət, müntəzəm fiziki fəaliyyət (xüsusilə güc və kardio məşqləri), balanslı qidalanma və xroniki stressin minimuma endirilməsi həyat müddətinə ciddi təsir göstərir. Məhz bu amillər genetik “lotereya” ideal olmasa belə, qocalma prosesini əhəmiyyətli dərəcədə ləngidə bilər. Qocalmanı tamamilə dayandırmaq hələ mümkün deyil. Lakin mütəxəssisin sözlərinə görə, həyatın keyfiyyətinə və uzunluğuna təsir göstərmək tam realdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 268

Oxşar yazılar