Arıqlamaq istəyənlər  üçün gözlənilməz məsləhət
21 fevral 2026 05:42 (UTC +04:00)

Arıqlamaq istəyənlər üçün gözlənilməz məsləhət

0

Şorba gündəlik rasionun vacib elementi sayılmır, lakin bu cür yeməklər bədən quruluşuna diqqət yetirən və arıqlamaq istəyən şəxslər üçün faydalı ola bilər.

Lent.az xəbər verir ki, bu barədə rusiyalı diyetoloq və nutrisioloq Sofya Kovanova Aif.ru nəşrinə müsahibəsində danışıb.

"Əgər menyuda kifayət qədər su, lif və protein varsa, mədə-bağırsaq sistemi şorbasız da normal fəaliyyət göstərə bilər. Bu komponentlər yetərli deyilsə, şorbalar problemi aradan qaldırmağa kömək edən vasitə rolunu oynaya bilər", - deyə Sofya Kovanova bildirib.

O, şorbaların artıq çəki ilə mübarizədə necə faydalı ola biləcəyini də izah edib.

"Arıqlamaq istəyən insanlar üçün yüngül tərəvəz şorbaları və ya paxlalı bitkilərdən hazırlanan şorbalar (məsələn, mərcimək şorbası, minestrone və ya tərəvəzli toyuq şorbası) daha məqsədəuyğundur. Bu cür yeməklər toxluq hissi yaradır, çəkinin idarə olunmasına kömək edir və həzm sisteminə düşən yükü azaldır", - deyə diyetoloq əlavə edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 212

Oxşar yazılar