Niyə dejavü yaşayırıq? – MARAQLI CAVAB
05 noyabr 2024 18:54 (UTC +04:00)

Niyə dejavü yaşayırıq? – MARAQLI CAVAB

Bir çox insanın həyatında azı bir dəfə yaşadığı qəribə və sirli təcrübə olan dejavüdür. Bu söz fransız dilində "artıq görülmüş" mənasını verir və daha əvvəl heç qarşılaşmadığımız bir hadisəni və ya situasiyanı sanki yaşamış kimi hiss etmək halıdır. Həmin an bizə nə qədər tanış gəlsə də, halbuki o vəziyyətin həqiqətən də əvvəl yaşanmadığını bilirik.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, ilk olaraq dejavünün xüsusiyyətlərinə və mexanizminin necə işlədiyinə nəzər salaq. Alimlər bunun bir növ yaddaş illüziyası olduğunu deyir. Zehnimiz ardıcıl olaraq yeni xatirələr yaratdığı zaman yaddaş sistemində kiçik problemlər baş verə bilir. Onlar yeni bir hadisəni bəzən daha əvvəl yaşanmış kimi qəbul etməyimizə səbəb olur. Beynimiz yeni məlumatı səhvliklə keçmiş bir təcrübə ilə əlaqələndirir və həmin tanış hiss ortaya çıxır.

  Dejavü haqqında yaddaş nəzəriyyələri olduqca maraqlıdır. Onlardan biri beynimizin məlumatı hazırladığı zaman qısa və uzun müddətli yaddaş arasında bir sinxronizasiya xətasıdır. Əslində bir hadisə yaşandığında beyin bu məlumatı əvvəlcə qısa müddətli yaddaşa köçürür və sonra vacib olanları uzun müddətli yaddaşda saxlayır. Ancaq dejavü anında beynimiz bu prosesi keçərək yeni məlumatı birbaşa uzun müddətli yaddaşla əlaqələndirə bilir. O anı ilk dəfə yaşayırıqsa da, beyin onu sanki keçmişdə saxlanmış bir xatirə kimi qəbul edir.

Başqa bir nəzəriyyə isə beynin zaman xətası ilə əlaqəlidir. Belə ki, beynimiz məlumatı iki fərqli yolla qəbul edir: biri şüurlu qavrayış, digəri daha sürətli, avtomatik anlama sistemidir. Əgər bu ikisi arasında bir xəta olursa, yaşadığımız hadisənin bir hissəsi avtomatik sistem tərəfindən alınır, lakin şüurlu olaraq bir qədər gec başa düşürük. Nəticə etibarilə bu qısa gecikmə bizə sanki o anı daha əvvəl yaşamışıq kimi hiss etdirir.

Nevroloji baxımdan isə izah edilir ki, dejavü temporal lob və hipokampus kimi yaddaşla bağlı beyin bölgələri ilə əlaqəlidir. Temporal lob xüsusilə xatirələrin yaddaşa yazılmasında mühüm rol oynayır. Aparılan tədqiqatlarda temporal lob epilepsiyası olan şəxslərdə dejavü təcrübəsinin daha çox göründüyü ortaya çıxır. Bu da dejavünün beyində xatirələrin istifadəsi zamanı meydana gələn kiçik elektrikvari nizamsızlıqlarla əlaqəli ola biləcəyini göstərir. Yəni beynin bu bölgələrində meydana gələn kiçik elektrik aktivliyi dəyişiklikləri daha əvvəl yaşanmamış bir hadisəni sanki olmuş kimi qəbul etməyimizə səbəb ola bilir. Ancaq bu, sadəcə bir yaddaş xətası və ya nevroloji hadisə deyil. Psixolojik olaraq da maraqlı tərəfləri var. Stres, yorğunluq və intensiv məlumat yükü də dejavü yaşama ehtimalını artıra bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2745
avatar

Oxşar yazılar