Yunus Oğuz: “Evdə şərt qoymuşuq ki, onlar getmirsə, mən də getmirəm...” - MÜSAHİBƏ
Lent.az-ın “Persona” rubrikasının qonağı “Olaylar” İnformasiya Agentliyinin və eyniadlı qəzetin təsisçisi, Milli Vəhdət Partiyasının sədri, tarixçi, publisist Yunus Oğuzdur. 50 yaşı tamam olan Yunus Oğuz bizimlə söhbətdə mərhələlərə böldüyü ömür yolundan, yaradıcılığından, ailə həyatından danışdı...
- 50 yaşınızda özünüzü necə hiss edirsiniz?
- Elə əvvəlki kimi. Təbii ki, çılğınlığımdan əsər-əlamət qalmayıb. Ruhən özümü əvvəlki kimi hiss edirəm.
- Ad günlərini necə qarşılayırsınız, həmin günlərdə necə hisslər keçirirsiniz?
- Keçirdiyim hiss budur ki, yaş üstünə yaş gəlir. Oturub fikirləşirəm ki, bu il nə etdim, gələn il bundan yaxşı edə biləcəm, narazıyam, yaxud razıyammı?! Bunları düşünə-düşünə işə gəlirəm.
- Yunus Oğuz özünü hansı sahənin adamı hesab edir?
- Cəmiyyət məni hansı sahədə görmək istəyirsə, o sahənin adamı hesab edirəm. Fəaliyyətimiz tək özümüzlə məhdudlaşmadığı, ictimaiyyət üçün işlədiyimizə görə fikirləşirəm ki, bu məsələdə qiyməti cəmiyyət verməlidir. Əgər dünən siyasətçi kimi qələmə verirdilərsə, bu gün jurnalist və yazıçı kimiyəmsə, tarixçi kimi də görmək istəyirlərsə, bu, cəmiyyətin arzusudur. Əgər bir şey yarada bilmişiksə və onu məmnuniyyətlə oxuyurlarsa, deməli, cəmiyyətə lazımıq.
- Uşaqlıq, orta məktəb illərində hansı sənətin adamı olmaq istəyirdiniz və buna nə dərəcədə nail oldunuz?
- Məsələ ondadır ki, mən 13-15 yaşlarımdan yazmağa başlamışam. 15 yaşımdan Əli-Bayramlının “İşıq” qəzetində ştatdan kənar müxbir işləmişəm. Xatirə kimi onlar da arxivimdə durur. Həm də 10-cu sinifdən pyeslər, hekayələr yazmağa başlamışam. Hər halda o zaman yolum, istiqamətim artıq müəyyənləşmişdi. Lakin sonradan uzun müddət bu işimlə məşğul olmadım. Belə imkan yarananda, çox güclü istəklə bunları həyata keçirməyə başladım.
- Bəs nədən orta məktəbi qurtarandan sonra ali məktəbdə filologiya və bu istiqamətli ixtisaslar üzrə təhsil almadınız? Orta məktəbdən sonra fəhlə işləyib, əsgərliyə gedib, sonra da texniki peşə məktəbini bitirmisiniz.
- Orta məktəbi qurtarandan sonra ali məktəbə sənəd vermişəm. Mən ali məktəbə orta məktəbi qurtarandan 7 il sonra qəbul olmuşam. Yəni əsgərliyə getmişəm, texniki peşə məktəbini bitirmişəm, ali məktəbə 23 yaşımda daxil olmuşam.
- Yəni orta məktəbi bitirəndə ali məktəbə qəbul ola bilməmisiniz?
- Qəbul ola bilməmişəm. Bir az kasıbçılıq, bir az adamın olmaması... Hətta dörd “4”lə qəbul olmamışam – o yerdə ki, orda hətta 3 alsan da qəbul olunurdun. Əsgərliyi, əla qiymətlərlə texniki peşə məktəbini qurtarmışam. Sonra 23 yaşımda Bakı Dövlət Universitetinə (BDU) qəbul olmuşam. BDU-da sənədlərimi verib, Rostov Dövlət Universitetinin fəlsəfə fakültəsinə daxil olmuşam. Görünür, taleyin işi, bir alın yazısı imiş ki, 23 yaşımda, artıq bəzi şeyləri dərk edəndə fəlsəfə fakültəsinə daxil odum.
- Belə desək, adamınızın olmaması sizə həyatda daha sürətli addımlamağa mane olub…
- Adamın olmaması bir tərəfdən yaxşı olub ki, hər şeyi özümə bağlamışam, özüm əldə etməyə can atmışam. Buna da nail olmuşam. Məsələ bundadır ki, insanın arxası olanda… Təbii ki, arxa lazımdır, amma oxumaq üçün arxa lazım deyil, baş lazımdır. Arxası olanda insan bir az arxayınlaşır və bəzi məsələlərə heç də ciddi baxmır. Amma insanın arxası olmayanda, özü öz gücünə hər şeyi edəndə təbii ki, bütün məsələlərə, işinə məsuliyyətlə yanaşır, bu məsuliyyətdən irəli gələn addımlarla da özünün gələcəyini hesablayır.
- Texniki peşə məktəbində hansı ixtisas üzrə oxumusunuz?
- 6 saylı texniki peşə məktəbində suvaqçı-rəngsaz ixtisası üzrə oxumuşam.
- Bu ixtisas üzrə işlədiniz?
- Yox. Çünki dərhal əsgərliyə getdim. 2 il hərbi xidmətdə oldum. Əli-Bayramlıya dönəndən sonra pambıqtəmizləmə zavodunda mülki müdafiənin qərargah rəisi işləməyə başladım. Komsomol katibi oldum, 2 il yarım orada işlədim. Sonra da ali məktəbdə tələbəlik illəri başladı.
- Suvaqçı-rəngsaz ixtisasınız olduğu halda zavodun mülki müdafiə qərargahının rəisi işləməyiniz necə mümkün oldu?
- Sovetlər dönəminin o vaxtında mülki müdafiə qərargahına o qədər də ciddi baxmırdılar. Əvvəla, maaşı da az idi. Cavan idim, təklif olunanda ki, belə bir iş yeri var, imtina etmədim. Sonradan orada fəaliyyətim nəticəsində komsomol katibi seçildim. Eyni vaxtda həm mülki müdafiə qərargahının işlərini, həm də komsomolun işlərini aparırdım. Faktiki mülki müdafiə işləri bürokratiyadan başqa bir şef deyildi. Yalnız kağız üzərində hesabatlar aparılırdı. 3-4 ildən bir mülki müdafiə təlimləri keçirilə bilərdi. O təlimlər də mənim vaxtıma düşmədi. Amma mülki müdafiə qərargahının bunkerləri, əleyhqazları, bütün təchizatları vardı. Lakin bütün işlər kağız üzərində getdiyindən elə də önəmli iş sayılmırdı. Sovetlər o qədər güclü idi ki, kimsə fikirləşməzdi ki, bura hansısa bir bombanı atar.
- Oxumaq məsələsi gecikdiyinə görə yəqin ki, evlənmək məsələniz də gecikib?
- Bəli.
- Neçə yaşında ailə qurmusunuz?
- 33 yaşımda.
- Gecikmiş sayılır.
- Gecikmişdi.
- Evlilik öz seçiminiz, yoxsa valideynlərinizin tövsiyəsi ilə gerçəkləşdi?
- Atam-anam mən əsgərlikdə olanda rəhmətə gediblər. İkisi də 1980-ci ildə rəhmətə gedib. Həyat yoldaşımla Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə İnstitutunda işləyəndə rastlaşmışam və evlənmişəm.
- Bəs Rostov Dövlət Universitetində tələbəlik illəriniz necə keçib?
- Normal keçdi, Rostovda heç bir çətinliyim olmadı. İş günlərim elə qurulmuşdu ki, 1 gündən bir yatırdım. Məcbur idim. Çünki arxamca iki qardaşımı da Rostov Dövlət Universitetinə gətirdim. Onlar da bu universitetə qəbul oldular. 3 nəfərin dolanması problemli idi. Amma buna baxmayaraq, faktiki yaxşı qazanırdıq. Tələbə-inşaat dəstəsində gedirdik. Tələbəlik illərində texniki peşə məktəbində öyrəndiyim suvaqçı-rəngsaz ixtisası karıma gəldi. Tələbəlik illərində suvaqçı-rəngsaz kimi kifayət qədər işlədim. Bazar günləri yalnız iş günlərimizə aid idi. Bizim 5 nəfərdən ibarət briqadamız vardı. Biz müəyyən sifarişlər götürüb, onları yerinə yetirirdik. Hər halda Elmlər Akademiyasının Fəlsəfə İnstitutuna gələnə və 105 manat maaş alana qədər tələbəlik illərində tələbəlik təqaüdüm də daxil olmaqla, ayda 800-900 manat qazanırdım.
- Belə qazancla Rostovdan gələndən sonra Bakıda ev ala bildiniz?
- Nə danışırsınız, Bakıda ev almaq asan idi! Məsələ bundadır ki, mən Rostov Dövlət Universitetinə gənc mütəxəssis kimi getmişdim və respublikaya da gənc mütəxəssis kimi qayıtdım. 1988-ci ildə Fəlsəfə İnstitutunda işləməyimdən 1 ay keçməmişdi ki, Milli Azadlıq Hərəkatının gərgin dövrü başladı. Həm elmi işimi yazırdım, həm də gizli nəşrlər, qəzetlər buraxırdım. Həm də Xalq Cəbhəsinin işində aktiv iştirak edirdim. Faktiki Fəlsəfə İnstitutunda ən qaynar günlərim keçib.
- O vaxtlar kirayədə yaşamısınız?
- Kirayədə yaşadım. Yalnız 1993-cü ildə gənc mütəxəssis kimi 28 kvadrat metrlik ev aldım.
- Yunus müəllim, indi yəqin ki, evin kvadratı böyümüş olar?
- …(gülür)
- Milli Azadlıq Hərəkatına toxundunuz. O dövrü həyatınızda necə bir səhifə hesab edirsiniz? O səhifənin rəngi ağ, boz, qara, yaxud başqa rəng idi?
- Rənglərə bölmərəm, amma fikirləşərəm ki, gözəl səhifə idi. Milli Azadlıq Hərəkatı mənim gələcək fəaliyyətimin istiqamətlərini tamamilə müəyyənləşdirdi. Bundan heç də peşman deyiləm. Allah etməsin, yenə də hansısa dövlət bizləri özünə ram etsə, Milli Azadlıq Hərəkatında məmnuniyyətlə iştirak etməyə hazır olardım. Gözəl və romantik dövrlər idi.
- Həm media qurumlarına rəhbərlik edir, həm yazıçı kimi əsərlər yazırsınız . Necə hesab edirsiniz, artıq siyasətdən tam uzaqlaşmaq, jurnalist və yazıçı kimi fəaliyyətinizi davam etdirmək barədə düşünməyin zamanı yetişməyibmi?
- Əlbəttə, çətindir. Amma bu gün mən elə ciddi siyasətlə məşğul olmuram. Azərbaycanda ciddi siyasətlə məşğul olan partiyalar 1, yaxud 2 ola bilər. Bu gün siyasi partiyaların gündəmdə qalmaq məsələsi çətindir. Azərbaycan dövlətinin strukturu elə bir vəziyyətdə hazırlanıb ki, siyasi partiyaya elə böyük ehtiyac yoxdur. Milli Azadlıq Hərəkatında önəmi vardı. Yəni iddiaçı var və plüralizm gərək idi. Ona görə də partiyalar, müxtəlif fikirliliklər, demokratiya gərək idi. Amma indi qəzetlərin rolu siyasi partiyaların rolundan çox böyükdür və faktiki gündəmi KİV-lər müəyyən edir, nəinki siyasi partiyalar. Bəzən fikirləşirəm ki, Azərbaycanda partiyaların bu qədər olmasına ehtiyac varmı? Məsələ bundadır. Partiyalar parlament seçkilərində qələbə çalsalar belə, hökumətin təşkilini müəyyənləşdirə bilmirlər. Yaxud bələdiyyə seçkilərində bələdiyyələri müəyyənləşdirə bilmirlər. Azərbaycanda parlament tipli respublika olmadığına, prezident üsul-idarəli respublika olduğu üçün siyasi partiyaların önəmi xeyli dərəcədə azalıb.
- Bir az mövzunu dəyişək. Övladlarınız orta məktəbdə oxuyur?
- Bəli.
- Arzuları nədir, hansı ixtisas sahibi olmaq istəyirlər? Bununla bağlı tövsiyəniz olubmu?
- Özləri necə istəsə, o cür də olacaq.
- Neçə övladınız var?
- Bir qızım var.
- Ümumiləşdirsək, necə həyat keçirmisiniz, indi necə həyat keçirirsiniz?
- Elə indi də çətin həyat keçirirəm. Faktiki çox çətin həyat keçirmişəm. Təsəvvür edin ki, ailədə 11 uşaq olub, ailəni 1 ata dolandırıb. Uşaqlığımda da nə qədər çətinliklər olduğunu görmüşəm. Biz ailədə gənc yaşlarımızdan işləməyə öyrəşmişik. Məktəbli ola-ola, oxuya-oxuya gedib haradasa işləyir, qazanırdıq ki, ailəyə kömək olaq. Bizim ailədə oğlan uşaqlarının hamısı vaxtilə belə olub. Ona görə də fikirləşirəm ki, bu mərhələyə gəlib çatana qədər ən azı 13-14 ağır mərhələ keçmişəm. Fikirləşirəm ki, deyəsən, hələ yenə də keçəcəm.
- Ailədə böyük qardaşsınız?
- 8-ci uşağam.
- Qardaş-bacılarınıza həyatda dəstək ola bildinizmi, indi necə dəstək verirsiniz? Yoxsa onların artıq dəstəyə ehtiyacı yoxdur?
- Qardaşlarım evlənib, bacılarım ərə gedib, hərəsinin öz ailəsi var. Dəstəyə gəlincə, xeyirdə, şərdə oluruq, müəyyən məsələlərin çözümündə iştirak edirik. Təsəvvür edin ki, indi ən kiçiyinin 43 yaşı var.
- Dostlarınız kimlərdir, dost anlayışına münasibətiniz necədir?
- Dost anlayışına bir az fərqli baxıram. Bir yerdə işləyir, bir-birinə dost deyirlər, ayrılandan sonra isə o dostluq yaddan çıxır. Gənclik, tələbəlik illərimin 1, yaxud 2 dostu var. İndiki dövrün də 1, yaxud 2 dostu var. Yəni dostlarım bir əlin barmaqlarının sayı qədərdir. Onlar bu günün dostları deyil, illərə hesablanmış dostlardır. Məsələn, elə insan var ki, 30-35 ildir ki, dostluq edirik. Elə dostum var ki, 20-25 ildir ki, dostuq. Amma dostluğumuzu edirik. Hər gün görüşməsək də, dostluğumuzu edirik. İndi elə zamandır ki, hər gün görüşməyə imkan yoxdur. Hər gün görüşəndə də başqa bir yaradıcılıqla məşğul ola bilmirsən. Amma dostluğumuz qalır.
- İnsan bu yaşında, yoxsa gəncliyində daha etibarlı dost qazana bilir?
- Fikirləşirəm ki, insan müdrikləşəndə daha etibarlı dost qazanır. Amma bu yaşında da yox. Bu yaşında dost qazanmaq belədir ki, atları döngədə dəyişmirlər. Fikirləşmirəm ki, bu yaşda dost qazanasan. Bu, artıq elə yaşdır ki, bütün məsələləri hisslə, həyəcanla həll etməyə çalışmırsan, oturursan, hər şeyi təhlil edirsən. Ona görə də fikirləşmirəm ki, kimsə bu yaşında dost qazana bilər. O halda qazana bilər ki, 10 illik yaxın tanışı varsa, sonradan bu münasibətlər ailə dostluğuna çevrilə bilər. Amma kim desə ki, 50 yaşdan sonra dostlar qazanmışam, heç inanmağım gəlməz.
- Atlar döngədə dəyişməsə də, siz bundan sonra həyatınızda hansı dəyişikliklər etməyi planlaşdırırsınız?
- Həyatımda nə dəyişməlidir ki? Cəlaləddin Rumi demişkən, bundan sonra olduğumuz kimi görünək, göründüyümüz kimi olaq.
- Söylədiklərinizdən belə başa düşdüm ki, ad günü mərasimi keçirsəniz, əhatənizdəki yalnız dostlarınız olacaq.
- İndi havalar çox istidir, həm də yubiley məsələsi elədir ki, ilin sonuna qədər edə bilərsən. Yəqin ki, biz bu məsələləri payızda həll edəcəyik.
- Nəhayət, Yunus Oğuzun istirahətini necə təşkil etdiyini bilmək maraqlı olardı. Məsələn, isti yay günlərində dənizə, yoxsa dağlar qoynuna getməyi xoşlayırsınız?
- Üzməyi xoşlayıram. Amma tək dənizə getmirəm. İndi yaşımız eldir ki, ata ilə ananın, övladın bir yerdə… Mən elə şeylərə bir az mühafizəkaram. Dənizdə bir yerdə soyunub çimməyinə normal baxmadığım üçün evdə şərt qoymuşuq ki, onlar getmirsə, mən də getmirəm. Dənizə getmək məsələm yəqin ki, gələcəkdə həll olunacaq.
- O halda necə istirahət edirsiniz?
- Mənim istirahətim əslində bir guşəyə çəkilmək və yazmaqdır. O zaman mənəvi zövq alıramsa, demək, istirahət edirəm.
Ramiz Mikayıloğlu

Oxşar yazılar

Ermənistanın Kəlbəcərdə dinc əhalini atəşə tutması ilə bağlı zərərçəkmişlər ifadə verdilər
4 iyul 2025 , 21:23
İlham Əliyev Xankəndidə Türkiyə prezidenti ilə görüşdü
4 iyul 2025 , 18:48
Müsavat Partiyasının Rusiya səfirliyi qarşısında piket keçirməsinə icazə verilmədi
4 iyul 2025 , 18:25
"Ən az maaşı polislər alır" - Aqil Abbas
4 iyul 2025 , 12:29
Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi
4 iyul 2025 , 12:07Rusiya konsulu “Sputnik Azərbaycan”ın Bakıda həbsdəki icraçı direktoru və şef redaktoru ilə görüşdü - YENİLƏNİB
3 iyul 2025 , 23:16
Məclis başqanının seçilməməsinə “eşşəklərlə” etiraz edildi
3 iyul 2025 , 22:07