Rusiya prezidentinin iştirak etdiyi rəsmi tədbirlər bəzən Rusiya Federasiyasının müxtəlif bölgələrində yarım saatlıq fasilələrlə baş verirdi.
Rusiya prezidenti Vladimir Putinin oxşarları var və bunlar dövlətin liderinin vaxtını və ya həyatını xilas etmək üçün istifadə olunur.
Lent.az-ın məlumatına görə, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov bu barədə "Kanal 24"ə verdiyi müsahibəsində danışıb.
Bu münasibətlə Kremlin sahibinin oxşarlarının olduğunu sübut edən araşdırmaları xatırladıb.
Baş Kəşfiyyat İdarəsinin rəisi qeyd edib ki, bu, absurd həddə çatıb, ölkənin ən yüksək vəzifəli şəxsinin iştirakı ilə rəsmi tədbirlər, məsələn, Moskvada və Uzaq Şərqdə yarım saatlıq fasilə ilə baş tutur: “Hamı başa düşür ki, bu, sadəcə fiziki cəhətdən mümkün deyil. Amma bu, heç kimi dayandırmayıb".
Onun sözlərinə görə, Putinin oxşarları vaxta qənaət etmək də daxil olmaqla müxtəlif səbəblərdən istifadə olunur.
"Yaxud təhlükəli olduğu yerdə ikiqat risk etmək daha yaxşıdır. Bunun bir çox səbəbi var", – o vurğulayıb.